Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Daş yuxular"dan “Qafqaz üçlüyü”nə uzanan yol
Tarix: 23.05.2018 | Saat: 18:11:00
Bölmə:Gündəm | çapa göndər

Bir insanı ucaldan qüvvə mənsub olduğu xalqın ona verdiyi yüksək dəyərdir. Lakin bu ucalığın qiymətini yalnız öz dövlətini, xalqını sevən, xəmiri vətənpərvərlik hissləri ilə yoğrulanlan bilər.

Nə yazıq ki, bu gün dünyaya yüzlərlə dəyərli şəxsiyyətlər bəxş edən Azərbaycan dövləti və xalqı daima onun uğurlarını aşağılamağa çalışan qüvvələrin açıq hədəfindədir. Bəzən bu qüvvələrin istifadə aləti isə vaxtilə mənsub olduğu xalqının verdiyi dəyər sayəsində ad qazanmış, lakin milli kimliyini unudan "məşhurlarımız" olur. Bu dəfə isə həmin qüvvələrin qəhrəmanlarından biri vaxtilə özünü müxalifətin birləşdirici siması kimi təqdim etməyə çalışan, lakin siyasi karyerası başlamadan bitən Rüstəm İbrahimbəyovdur.
"Həmkar"ı, mənfur "Daş yuxular" romanı ilə minlərlə oxucusunu arxadan bıçaqlayan Əkrəm Əylislinin keçdiyi yolu bu dəfə 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmininin ssenaristi olaraq Rüstəm İbrahimbəyov keçməyə çalışır. Özüdə mənsub olduğu xalqın nümayəndələrini vəhşi, qəddar, mədəniyyətsiz kimi təqdim etməklə. Əlləri minlərlə günahsız soydaşımızın qanına batan ermənilər isə filmdə "qurban" olaraq göstərilir və tamaşaçıya intellektual səviyyəli, sülhpərvər millət kimi təqdim olunur.

Filmin əvvəlində azərbaycanlı uşaq qorxaq kimi, erməni uşaq isə mərd, güclü olaraq təqdim edilir. Sonrakı səhnələrdə isə Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşa basılması canlandırılır.

Bununlada tamaşaçı auditoriyasına Xocalı soyqırımında başı kəsilən, süngülərə taxılan körpə uşaqların sanki azərbaycanlılar yox, ermənilər olduğu təsəvvürü aşılanır. Sirr deyil ki, vaxtilə "Daş yuxular" romanı da çapdan çıxanda ermənilər bu "əsər"dən Dapğlıq qarabağ həqiqətlərini ört-basdır etmək üçün lazımınca istifadə etməyi bacardılar. İndi isə eyni hədəfə xidmət edən yeni bir "əsər" yaranıb - “Qafqaz üçlüyü”. İşğalçı dövlətin maraqlarını qoruyanların bu filmdən də ölkəmizə qarşı yalan və qarayaxma kampaniyasında geniş şəkildə istifadə edəcəyi istisna deyil. Bu film əslində Rüstəm İbrahimbəyov fərdinin əsl simasının bir daha ortaya qoymuş oldu. Özünü kosmopolit düşüncə axınının bir üzvü olaraq göstərməyə çalışan "məşhur"umuz əslində yalnız bir amala - Azəraycan dövlətinə və xalqına xəyanətə xidmət etdiyini göstərdi.

Onun bu əməlinə ziyalılarımızın, kinoşünaslarımızın hiddəti də özünü çox gözlətmədi. Tanınmış kinoşünas Ayaz Salayev film haqqında qələmə aldığı məqaləsində bildirir ki, Çox vaxt Azərbaycan haqqında səriştəsizlik və ya yumşaqlıq kimi sözlərdən istifadə olunur:

"Bu yaxınlarda təsadüfən “Qafqaz trio”su (rejissor – Eldar Şengel, Fuad İbrahimbəyov, ssenari müəllifi – Rüstəm İbrahimbəyov, 2015-ci il) filmini seyr etdim. Filmin proloqunda uşaqlar qayadan çaya atılır. Onlardan biri – daha cəsarətlisi qorxaq dostunu ruhlandırır.
Daha sonra aydınlaşır ki, qorxaq uşaq – azərbaycanlı, filmin əsas qəhrəmanı qocaq uşaq – böyüyəndə oftalmoloq, yüksək peşəkar, həmçinin xeyirxah olan Bakı ermənisidir. Həkimlik sənətini Moskvada nümayiş etdirərək, eyni zamanda Bakıda atalığının ailəsində Azərbaycan soyad ilə istedadlı aktyor oğlu ilə yaşayır. Oğlu Moskvaya köçmək istəyir, lakin gələcək taleyini həll edən tamaşaya başı qarışır".

A.Salayev bildirir ki, əsrin dörddə birini işğal olunmuş ərazilərin qaytarılması arzusu ilə yaşayan xalqın, əlləri, qolları kəsilmiş qan içində olan azərbaycanlı körpələrin fotolarını görməzdən gələn yazıçı İbrahimbəyovu bu gün yalnız bir problem narahat edir – erməninin Bakıda olmasının rahatlığı və təhlükəsizliyi:

"Filmi seyr edərkən İbrahimnbəyovda azərbaycanlılara qarşı bir damla da sevgisi hiss olunmur. Hətta filmdə bir-birinə yaxın insanların münasibəti elementar əxlaqi və insani hislərdən məhrumdur. Bu filmdə yalnız bir adam yaxşı təqdim edilib. Moskvada erməni qoca qəhrəmanımızdan soruşur: Tamaşa neçə adlanır? – İbrahimbəyovun “İlmə” əsəri. – İbrahimbəyov? Bu ki, azərbaycanlıdır. – Bəli, bax belə insandır (baş barmağının yüksək tutaraq).
Filmdə Moskva – bütün problemlərin həll olunduğu və hər kəsin xoşbəxtlik tapdığı məkandır. Ən sonda bu fikir daha dəqiq təqdim olunur: Bakıda bədbəxt azərbaycanlının ofisi darmadağın edilir (qəddarlar sevimli oyuncağı da sındırır), Moskvada isə getməyə cəsarəti olanları uğur gözləyir: publika yüksək alqış sədaları ilə pyesi alqışlayır. Mətnaltı məna aydındır: Bakıda bağlanmış ofis, Moskvadakı alqışlar – bütün bunlar müəllifin həyatındandır, onun sovet imperiyasının süqutundan təəsüfləndiyini göstərir.
Gürcü rejissorları buna nə vadar etdi?
Hansı şüurlatı guşələrdən çıxış edərək azərbaycanlıları qəddar və alçaq kimi təsvir etmək arzusu yarandı? (Gürcüstanın hazırki prezidenti də Xocalı soyqırımı qurbanlarını yad etməkdən imtina edib) . Rejissor tez-bazar hazırlanmış işi ilə Azərbaycan dilinə uyğun olmayan səsləndirmələrlə (rəsmi məmurun dilindən “növbətçi” sözü əvəzinə, “dejurnA” işlətməsi) aydındır ki, qarşısına heç bir incəsənət məqsədi qoymayıb. Bakılı millətçiləri iyrənc sifətləri ilə gürcülər oynayır. Filmdə azərbaycanlılardan yalnız ssenari müəllifinin yaxın qohumları oynamağa razılıq verib.
Filmdə personajlardan biri “ermənilər bizim bir nömrəli düşmənimizdir”, deyir. Burada müəllif Qarabağ münaqişəsinin əsas səbəbini nədə gördüyü aydın göstərir. Səbəb Azərbaycanın işğal olunmuş əraziləri deyil, bu barədə filmdə bir söz belə deyilmir. İbrahimbəyovun fikrincə bunun əsas səbəbi – azərbaycanlıların ermənilərə qarşı izaholunmaz nifətidir.
Film vasitəsilə (ilk dəfə olmasa da) – özünü Böyük Ağ Çar qarşısında öz vəhşi həmvətənliləri fonunda humanist və cəsarətli göstərməsidir. İllər əvvəl müəllif bu “vəhşilərə” rəhbərlik etmək üçün prezidentliyə namizədliyini irəli sürmüşdü.
Bu cür rəssamlar – sovet imperiyasının tipik törəmələridir. Onlar arzulaqları minnətdarlıq və şəfqəti isə həmişə iyrənc qatışla alırlar. İndiyə qədər Bakıda fəaliyyət göstərən və bu müəllifin rəhbərlik etdiyi bu təşkilat üzvləri görəsən hansı hisləri yaşayır?".

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Facebook səhifəsində məqalə ilə bağlı aşağıdakı fikirlərini yazıb:

"Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenarist"ə münasibət bildirsin". Əli Həsənov film haqqında yazdığı məqalədə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyinə görə kinorejissor Ayaz Salayevə dərin təşəkkürünü bildirib.

“Peşəsindən, cəmiyyətdəki sosial statusundan asılı olmayaraq ümummilli məsələlərdə hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməli, dövlətçilik və milli maraqları hər şeydən uca tutmalıdır. Xalqımız hər zaman bu kimi məsələlərdə vahid mövqedən çıxış etməyi bacarıb. Təəssüf ki, “sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmək fikrində deyillər. Daim Vətənə, xalqa qarşı təbliğat aparan bu cür ünsürlər erməni maraqlarına xidmət edirlər”. Bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ssenari müəllifi Rüstəm İbrahimbəyov olan 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının vəhşi, qəddar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə sülhsevər kimi təqdim olunması İbrahimbəyov kimi antimilli ünsürlərin hansı qaranlıq mənbələrdən “qidalandığı”nı açıq şəkildə nümayiş etdirir: “Filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadisələrin təhrif olunduğunu, qərəzli və yalan məlumatların yer aldığını görürük. Rüstəm İbrahimbəyova sual vermək lazımdır, Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması nə tez yadından çıxıb? Bəs, Xocalı soyqırımı, qətlə yetirilən 613 Xocalı sakininin ruhu qarşısında necə cavab verəcəksən? Bütün bunları inkar etmək üçün ən azı erməni olmaq lazımdır. Görünür, İbrahimbəyovun damarında erməni qanı axır. O, öz əməlləri ilə bu faktı bir daha təsdiqləyir.”
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, filmin əvvəlində azərbaycanlı uşaqların qorxaq, erməni uşaqların isə mərd, güclü, geniş ürəkli obraz kimi təqdim olunması İbrahimbəyovun ermənilərin əlində alət olduğunu, onların çirkin maraqlarına xidmət etdiyini nümayiş etdirir: “İbrahimbəyov kimi milli xəyanətkarların iç üzü, əsl “niyyətləri” hər kəsə məlumdur. Bu kimi ünsürlər hər zaman pul, şöhrət üçün milli maraqları satmağa hazırdırlar. Bir vaxtlar Əkrəm Əylisli “Daş yuxular” əsəri ilə xalqımıza xəyanət etdiyi kimi, Rüstəm İbrahimbəyov da “Qafqaz üçlüyü” filmi ilə öz xislətini ortaya qoydu. Bəlkə də erməni “qardaşları” buna görə onun boynundan medal da asacaqlar. Ancaq Azərbaycan xalqı bu cür namərdləri bir daha qəbul etməyəcək. Məncə, insan üçün ən böyük əzab, dərd öz Vətənindən, torpağından qovulmaqdır. Əminəm ki, milli mənsubiyyəti olmayan, kökü bilinməyən İbrahimbəyov insani hisslərini itirdiyinə görə, bu, onun üçün bir o qədər də önəm daşımır.”
Vüqar Rəhimzadə əlavə edib ki, İbrahimbəyovun bu əməli bir daha “milli şura” adlı qurumun az fəaliyyətini antimilli ideyalar əsasında qurduğunu göstərir: “Bir vaxtlar Əli Kərimli, Cəmil Həsənli kimilər “milli şura”da birləşərək Rüstəm İbrahimbəyovu cəmiyyətə “ziyalı” kimi təqdim etməyə çalışırdılar. İndi bu şəxslər Rüstəm İbrahimbəyovun bu “əməllərinə” necə bəraət qazandıracaqlar? Təbii ki, bu, mümkün deyil. Çünki elə “milli şura” və bu cür ünsürlər də ermənipərəst dairələrə xidmət edirlər. Bu cür faktlar onların əsl simasını bir daha xalqa nümayiş etdirir.”
“İki sahil” qəzetinin baş redaktoru onu da bildirib ki, İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə özünü “humanist” kimi tanıtmağa çalışır. Ancaq bu film bir daha İbrahimbəyovun Azərbaycanın və xalqımızın düşməni olduğunu təsdiqləyir.

"Rüstəm İbrahimbəyovun bu günədək ermənilərin ünvanına səsləndirdiyi sevgi dolu fikirlər, Rusiya və ABŞ mətbuatına verdiyi müsahibələrdə Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd geosiyasi proseslərin günahkar olduğunu dilə gətirməsi təəccüblənmək üçün əsas qoymur". Bunu isə politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq bildirib ki, İbrahimbəyovun filmi Əkrəm Əylislinin “Daş yuxular” romanının məntiqi davamıdır: "Bu adamlar erməni lobbisi və diasporunun dəstəyi ilə ədəbiyyat və kinomatoqrafiya sahəsində yüksək beynəlxalq mükafatlara sahiblənmək istəyirlər. Rüstəm İbrahimbəyov 2013-cü ildə “Rosbalt” agentliyinə verdiyi müsahibədə ermənilərin Azərbaycan xalqının düşməni olmadığını, onların da azərbaycanlılar kimi faciə qurbanları olduğunu deyir. İbrahimbəyov bildirir ki, “Dağlıq Qarabağ təkcə torpaq deyil, həm də əsasən ermənilərdən ibarət olan əhalidir”. Bu adamın yanaşması ortalıqdadır və bu yanaşma erməniliyə xidmət edir. Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli və bu qəbildən olan digər adamlar Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışan qüvvələrin uzun illərdir ki, yeməldiyi, formalaşdırdığı “ictimai diplomatlar”dır və çox təhlükəli bir missiyanı həyata keçirirlər. “Daş yuxular”, “Qafqaz triosu” kimi “ssenarilərin” məqsədi azərbaycanlıların vəhşi obrazını formalaşdırmaqdan, erməni separatizminə və işğalına haqq qazandırmaqdan ibarətdir. Bildiyiniz kimi, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın işğalını və Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı iddialarını ermənilərin azərbaycanlılarla birgə yaşayışının mümkün olmaması ilə əlaqələndirirlər. Bu, onların Azərbaycana qarşı istifadə etdikləri əsas iddiadır. “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər, Xocalı soyqırımının tanıdılması istiqamətində atılan addımlar isə bunun əksini sübuta yetirir. Təsdiq edir ki, ermənilər azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar, soyqırım törədiblər".
E.Mirzəbəyli qeyd edib ki, dünyaya təqdim etdiyimiz həqiqətlərin qarşılığında onların ortaya qoyacaqları heç bir fakt, sübur yoxdur: "Bu səbəbdən də sapı özümüzdən olan baltaların bədii təxəyyüllərini işə salaraq öz yalanlarına bədii-emosional don geyindirməyə cəhd göstərirlər. Bu prosedə iştirak edən istənilən şəxsin, o cümlədən Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına xidmət ediyini sübuta yetirməyə ehtiyac yoxdur. Hər şey onsuz da göz qabağındadır. Nəzərə alsaq ki, Dağlıq Qarabağın və ətraf rayonların işğalı prosesi ermənilərin şüurlarına yeridilmiş faşist ideologiyasından – Böyük Ermənistan xülyasından qaynaqlanır. Bu ideyanın daşıyıcıları nəinki azərbaycanlıları, bütövlükdə bütün türkləri, müsəlmanları, bölgə xalqlarını yer üzündən silmək istəyirlər, o zaman İbrahimbəyovun bu qanlı niyyətin həyata keçirilməsində iştirak edən ASSALa terrorçularından, hərbi cinayətkarlardan, soyqırım təşkilatçıları və icraçılarından fərqi olmadığını görə bilərik. Əgər Qarabağda qarşı soyqırım həyata keçirilən erməni hərbi cinayətkarlarının əli Azərbaycan xalqının qanına bulaşıbsa, onlarla mahiyyət etibarı ilə eyni missiyanı həyata keçirən Rüstəm İbrahimbəyovun mənəviyyatı da günahsız insanların qanına bulaşıb. Bu qanı təmizləmək və İbrahimbəyov kimilərin alnındakı xəyanət damğasını silmək heç zaman mümkün olmayacaq".


Azad Əliyev

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018