Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yol polisləri sürücülərə su və xurma payladı - GÜNÜN TƏZADLARI
Tarix: 23.05.2018 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Çeçenistanda yol polisi əməkdaşları evə gecikən oruclu sürücülərə iftarlarını vaxtında açmalarına yardımçı oldular. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, sürücülərdən biri cib telefonu ilə polislərin bu ibrətamiz davranışının görüntülərini çəkib və internet şəbəkəsinə yerləşdirib. Yolda duran Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin iki əməkdaşının sürücülərə ənənəvi Ramazan dəsti - bir şüşə su.


Bərdədə 80 yaşlı kişi kanala düşdü- bir sutka sonra xilas edildi


Bərdə rayonunda 80 yaşlı kişi balıq tutarkən su kanalına düşdü. Hafta.az “Report”a istinadla xəbər verir ki, 1938-ci il təvəllüdlü Əliyev Göyüş Ağəli oğlu 24 saatdan artıq suda qalandan sonra xilas edilib. Hadisə rayonun Əyricə kəndi ərazisində yerləşən Şor kanalında baş verib. Məlumata görə, G.Əliyev axşam saatlarında ərazidə balıq tutarkən qəfildən ayağı sürüşərək suya düşüb. Suda çarəsiz vəziyyətdə qalan kişi bir gündən artıq müddətdə ölümlə mübarizə aparıb. Suyun axarı güclü olduğundan qoca kişi düşdüyü ərazidən bir necə kilometr uzaqlaşıb, nəhayət, koldan tutaraq qalıb. Ərazidə xidmət aparan Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisədən xəbər tutaraq kişini xilas ediblər. Sudan cıxarılan şəxs dərhal xəstəxanaya aparılıb. Xəstəxanada məlum olub ki, onun ayaqlarını don vurub, balıqlar dişləyərək xəsarət yetirib, əllərini isə kol-kos yaralayıb. Hazırda G.Əliyevin vəziyyəti kafi olaraq qalır və ev şəraitində müalicə alır.


Bakıda dəmiryolunda qumbara tapıldı


Çərşənbə axşamı saat 15:37-də DİN-nin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:12-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Nizami rayonu ərazisində əl qumbarasının tapılması barədə məlumatlar daxil olub. Hafta.az yazır ki, ANAMA-dan APA-ya verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sabunçu Xətt Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Adı qeyd olunmuş rayonda dəmiryolunun Böyük Şor stansiyasının ərazisinə birgə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd “F-1” əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Kral iftarını yol polisləriylə birgə açdı


Ramazan ayında oruc tutan Iordaniya Kralı II Abdullah gündüz iftarını küçədə yol polisləri ilə birgə açdı. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, monarxın iştirak etdiyi yolda iftar süfrəsi mayın 20-də -bazar günü İordaniya paytaxtı Amman şəhərinin Suvaylix Şamali rayonunda təşkil edilib. Şahidlərin çəkdikləri video-görüntülərdə axşam azanın səsi eşidilir.


73 yaşlı qadın Baş prokuror təyin edildi


Nyu-York ştatının baş prokuroru ilk dəfə qadın təyin olundu. Hafta.az yazır ki, Trend-in məlumatına görə, Erik Şnaydermanın əvəzində bu vəzifəni 73 yaşlı Barbara Andervud icra edəcək. Qeyd edək ki, keçmiş prokurorun adı məişət pozğunluğunda hallanır. Barbara Andervud Nyu-York ştatının 66-cı prokuroru olub.


Trampın “tvit”lərini özü yazmadığı bəlli oldu


ABŞ prezidentinin “tvit”lərini özünün yazmaması haqda informasiya yayıldı. Hafta.az-ın Deyerler.org-a istinadla verdiyi xəbərə görə, Ağ Evin əməkdaşları ABŞ prezidentin “Tvitter” şəbəkəsi üçün məlumat hazırlayarkən prezidentin xəttinə oxşatmaq niyyəti ilə bəzən bilərəkdən qrammatik səhvlərə yol verirlər. Çünki Tramp “tvitter”də heç də həmişə özü yazmır. Bunu onun yerinə Ağ Evin əməkdaşları edirlər. Prezidentə hər hansı bir mövzuda çıxış etməsi lazim olduğu təqdirdə ona Ağ Evin əməkdaşları tərəfindən hazır yazılmış bir neçə nüsxədə mətn təqdim edilir. O, onları nəzərdən keçirərək, birini seçir, bəzən özü sözlərdə müəyyən dəyişiklik edərək, çıxışını o mətn əsasında edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018