Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kəndli və fermerlərə kredit verilməsində yenilik
Tarix: 24.05.2018 | Saat: 12:31:00
Bölmə:İqtisadiyyat | çapa göndər


"Cari ilin sonuna qədər ilkin mərhələdə kənd təsərrüfatı sahəsinə 10 milyon manat kreditin ayrılması haqqında qərar qəbul etdik".


Hafta.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.
M.Əliyevin sözlərinə görə, kəndli və fermerlər bu kreditlərdən yararlana bilərlər. "Minimum kredit məbləği 1000, maksimum kredit məbləği isə 200 min manatdır. Faiz həddi maksimum 7% müəyyən olunub. Girov məsələsində müvəkkil kredit təşkilatlarını hazırkı bankları seçmişik. Hazırda bir neçə dövlət qurumları ilə birgə yeni girov mexanizmlərinin hazırlanması, yəni daşınar əmlakın girov kimi götürülməsi və s. mexanizmlər üzərində çalışırıq",- deyə xidmət rəisi bildirib.


M.Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin kəndli və fermerlərə verdiyi kredit ilə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) sahibkarlığın inkişafına ayırdığı kreditlərin fərqini açıqlayıb.
O, bildirib ki, xidmətin ayırdığı kreditlər yalnız aqrar sahədə, yəni kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.


“Bizim kreditlərin Sahibkarlığa Kömək Milli Fondu kreditlərindən fərqi ondadır ki, biz aqrar sahəni diqqətdə saxlayırıq. Bizdə məbləğlər maksimal 200 min manata qədərdir. Çünki bu, kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına yönəldilib”, - deyə M.Əliyev əlavə edib.

 



Bölməyə aid digər xəbərlər
21.06.2018 Neft ucuzlaşıb

Xəbərə şərh yaz
21.06.2018
20.06.2018