Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rüstəm İbrahimbəyov özünə siyasi dividend qazandırır
Tarix: 24.05.2018 | Saat: 14:16:00
Bölmə:Gündəm | çapa göndər

Rüstəm İbrahimbəyovun siyasi kursu, onun ermənipərəst mövqeyi artıq 2009-cu ildən özünü büruzə verir. Hafta.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev Rüstəm İbrahimbəyovun rejissoru olduğu “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib.

“Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqında işlədiyi zaman öz dağıdıcı siyasəti ilə yadda qalıb. Vaxtilə biz bir qrup kinematoqrafçı buna etiraz əlaməti olaraq, o qurumdan çıxdıq və yeni ittifaq yaratdıq. Həmin vaxtdan etibarən bu insanın mövqeyinə qarşı, ermənipərəst əməllərinə qarşı mübarizə aparmışıq. Qeyd etmək istərdim ki, onun yaradıcılığında həmin dövrdən bu günədək qırmızı bir xətt keçir. Məsələn, onun ekranlaşdırdığı “Əlvida, cənub şəhəri” filmində analoji mövqeyi hiss olunur. Bu insanın bütün strategiyası Azərbaycan xalqını aşağılamaq məqsədi daşıyır. “Qafqaz üçlüyü” filmində ölkəmizin həyata keçirdiyi neft strategiyası tənqid olunur. Bu film başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulub. Filmdə Rüstəm İbrahimbəyov qeyri-vətəndaş mövqeyindən çıxış edir, özünə siyasi dividend qazandırır. Bütün bunlar da düşmənin dəyirmanına su tökməkdir”, - deyə C.Quliyev söyləyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018