Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycana gələn iranlı turistlərin sayı 5,4 faiz azalıb
Tarix: 24.05.2018 | Saat: 15:11:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycandan İrana gələn turistlərin sayı 2018-ci il yanvar-aprel aylarında 11 faiz artıb.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Bildirildiyinə görə, bu ilin dörd ayı ərzində İrana səfər edən azərbaycanlıların sayı ötən ilin analoji dövri ilə müqayisədə 11 faiz artdığı halda, Azərbaycandan Türkiyəyə gedən şəxslərin sayı 16, Gürcüstana gedənlərinki 3,6 və Rusiyaya səfər edənlərin sayı 1,1 faiz azalıb.

Qeyd olunan zaman ərzində Azərbaycana səfər edən iranlı turistlərin sayı 5,4 faiz azalıb. Məlumata əsasən, başqa ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 1,1 faiz artımla 1 milyon 289 nəfərə çatıb.

Məlumata görə, bu müddət ərzində başqa ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 31,3 faizi Gürcüstana, 27,7 faizi İrana, 21,9 faizi Rusiyaya, 12,2 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,4 faizi Birləşmiş Ərəb Əmirliklərinə və 3,8 faizi başqa ölkələrə üz tutub. Azərbaycana səfər edən turistlərin sayı isə 847,6 min nəfər olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 13 faiz artımın olduğunu göstərir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018