Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanlı məcburi köçkünlər Ermənistanın nəzarətində olan torpaqlara qayıtmaq istəyir
Tarix: 24.05.2018 | Saat: 16:01:00
Bölmə:Siyasət | çapa göndər


Əl-Cəzirə, Qətər
24.05.2018

Müəllif: Şafik Mandhay

Araz çayı vadisində, Azərbaycanın İranla sərhədində yerləşən Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır. Ötən il burada çox sayda evlə yanaşı, məktəb, idman meydançaları və s. tikilib. Tikinti işləri bu gün də davam edir.

Zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycanda infrastruktur, yaşayış məntəqələrilə bağlı layihələrin reallaşdırılması adi haldır. Amma Cocuq Mərcanlının dirçəlişi yerləşdiyi mövqeyə görə xüsusi əhəmiyyət daşıyır.

Cocuq Mərcanlı kəndi Azərbaycan ordusu ilə erməni separatçılarının işğal altında saxladığı əraziləri bir-birindən ayırır. Kənd münaqişəyə üzündən son illərədək yaşayış üçün yararlı olmayıb. Ermənilər bu kəndin bir neçə kilometrliyində yerləşdiyindən, bu gün Cocuq Mərcanlının dirçəlişini onlar da izləyə bilir. Kənd təmas xəttinin digər hissəsində yaşayan ermənilərə çox yaxındır. Bununla yanaşı, azərbaycanlı rəsmilər Cocuq Mərcanlının inkişafının digər tərəfdə yoxsulluq şəraitində yaşayan ermənilərə mesaj olduğuna dair iddiaları rədd edir. Amma bu kəndin rəmzi məna daşıdığını onlar da etriraf edir.

“Ermənilər əlbəttə, bizi görə bilər”, - deyə Cocuq Mərcanlı ilə qonşu olan Füzuli rayonunun icra başçısı Alı Alıyev bildirir: “Onlar əlbəttə ki, bizim paxıllığımızı çəkir”.

A.Alıyevin sözlərinə görə, regiona insanların həyat şəraitinin yaxşılaşdırılmaı üçün lazımi qədər investisiya qoyulub. Cocuq Mərcanlının sakinləri illərdir qaçqın və məcburi köçkün həyatı yaşayan təxminən 1,2 milyonun tərkibində idi. Azərbaycanlı qaçqın və məcburi köçkünlər ölkə əhalisinin təxminən onda birini təşkil edir.

BMT-nin məlumatına görə, 1988-1994-cü illərdə, yəni Dağlıq Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində azərbaycanlılar bu əraziləri, eyni zamanda Ermənistanı tərk etməyə məcbur olub. Bu zaman Azərbaycanı isə 360 min erməni tərk edib.

Hər iki tərəf bir-birini mülki şəxslərə hücumda ittiham edir. Lakin azərbaycanlıların daha böyük itki verdiyi sirr deyil. Bu münaqişə nəticəsində daha çox azərbaycanlı həlak olub, daha çox azərbaycanlı torpaqlarını itirərək qaçqın və məcburi köçkünə çevrilib.

Hazırda Azərbaycan ərazisinin təxminən 20%-i “müstəqilliy”ini elan etmiş, hərbi və iqtisadi baxımdan Ermənistandan asılı “Dağlıq Qarabağ Respublikası”nın işğalı altındadır. Eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağa bitişik olan 7 böyük rayonu – Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli də işğaldadır.

Erməni mənbələrinin məlumatın görə, hazırda həmin ərazilərdə 150 min insan yaşayır. Azərbaycan isə bunu qəbul etmir. Bakı sözügedən ərazilərdə 40 min insanın yaşadığını bildirir. Hər halda, bu insanların heç biri azərbaycanlı deyil. Azərbaycanlı azərbaycanlı məcburi köçkünlər iki onillikdən artıqdır ki, separatçıların əlində olan evlərinə, torpaqlarına qayıtmaq arzuu ilə yaşayır.

2016-cı ilin aprelinədək heç kəs bu arzisini gerçəkləşdirə bilməmişdi. Həmin vaxt baş vermiş “4 günlük müharibə” zamanı isə Azərbaycan ordusu erməni hərbi birləşmələrini geri çəkilməyə məcbur edib. Nəticədə işğal altındakı torpaqların bir hissəsi Azərbaycan hökumətinin nəzarətinə qayıdırb. Azərbaycan əsgərləri Cocuq Mərcanlı kəndini də 2016-cı ilin aprelində tamamilə geri qaytarıb. Bu, tərəflər araında 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra ən qanlı toqquşma idi. Toqquşmalar nəticəsində hər iki tərəfdən ümumilikdə yüzlərlə əsgər və mülki şəxs həlak olub.

Azərbaycanın geri qaytara bildiyi ərazi hələ də erməni işğalında qalan torpaqlarla müqayisədə böyük olmasa da, bu hadisə məcburi köçkünlər üçün psixoloji və rəmzi məna daşıyır. Çünki 20 ildən artıq müddətdə az sayda da olsa azərbaycanlı bir zamanlar ermənilərin nəzarətində olan ərazilərə qayıda bilib. Bundan başqa, 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra ilk dəfə təmas xətti də dəyişib.

Oqtay Həziyev bu kəndi 1993-cü ildə, yəni yeniyetmə vaxtlarında erməni qüvvələrinin kəndin bir neçə yüz metrliyinə çatdığı vaxt tərk etmişdi. “Bu, gözəl hissdir. Çoxdan itirdiyimiz torpaqlara geri qayıtmışıq”, - deyə O.Həziyev “Əl-Cəzirə”yə kəndində yeni tikilmiş məscidin qarşısında verdiyi açıqlamasında bildirib: “Böyüdüyünüz torpaq həmişə sizinlə qalır. Odur ki, Azərbaycan ordusunun kəndi azad etməsindən dərhal sonra buraya qayıtdım”.

Cocuq Mərcanlıdan bir neçə mil aralıda qəbirstanlıq var. Zəncirotu sahələrilə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin xarabalıqları arasında yerləşən qəbiristanlıq. Aşağı Əbdürrəhmanlı kəndi də 1990-cı illərdə artilleriya zərbələrilə dağıdılıb.

Bu gün burada Azərbaycan əsgərlərinin mövqeyi ermənilərdən bir neçə yüz metr məsafədə yerləşir. Mövqelər snayperlərdən kiçik təpələr və səngərlər vasitəsilə qorunur. Amma tərəflər arasında yenə də insan ölümü ilə nəticələnən toqquşmalar olur. Zaman-zaman hər iki tərəf itki verir. Məsələn, 2017-ci ilin iyulunda yaxınlıqda yerləşən Alxanlı kəndinin erməni hərbi birləşmələri tərəfindən atəşə tutulması nəticəsində azərbaycanlı körpə və nənəsi həyatını itirmişdi.

Azərbaycanlı komandir, mayor Tahir Qulamov “Əl-Cəzirə”yə açıqlamasında deyib ki, onun hərbçiləri üçün bu münaqişə şəxsi xarakter daşıyır. “Burada xidmət edən əsgərlərin əksəriyyəti məcburi köçkünlərdir”, - deyə o, atəş nəticəsində deşilmiş qəbir daşlarının yanında dayanaraq bildirir: “Bu məzarları görən hər bir əsgər torpaqlarımızı geri qaytarmaqla bağlı əmri gözləyir”.

Torpaqlarının işğalı ilə bağlı çıxışlar əsgərləri motivasiya edir. 2016-cı ildə əldə olunmuş uğur hərbçiləri daha da ruhlandırıb. Həqiqətən də, 2016-cı ilin aprel döyüşləri Azərbaycanda sözün əsl mənasında qələbə kimi qəbul olunur. Onlar hesab edir ki, 1990-cı illərin əvvəllərindən fərqli olaraq, hazırda Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü danılmazdır.

Dünya Bankının hesabatına əsasən, 1994-cü ildə Azərbaycanın hərbi büdcəsi 13,8 milyon dollar idiə, 2015-ci ildə 3 milyard dollaradək artıb. Azərbaycanın zəngin neft-qaz ehtiyatları ona ABŞ, Rusiya, Türkiyə və İsraildən müasir silahlar almağa imkan yaradıb.

“2016-cı ildə ermənilərə yaxşı cavab verdik”, - deyə T.Qulamov bildirir. Onun sözlərinə görə, münaqişə Azərbaycanın işğal altındakı əraziləri qaytarmasınadək davam edəcək.

“Əlbəttə ki, ərazilərimizin sülh yolu ilə qaytarılmasını istəyirəm. Amma sülh olmazsa, müharibə başlayacaq”, - deyə mayor bildirir.

Məcburi köçkünlərin yeni evlərə köçürülməsi

Azərbaycanın onilliklərdir müşahidə olunan inkişafından faydalanan təkcə hərbçilər deyil. 2004-cü ildə ölkənin ümumdaxili məhsulu 8,7 milyard idisə, 2014-cü ildə bu göstərici 75 milyard dollara çatıb. Lakin 2016-cı ildə Azərbaycanın ümumdaxili məhsulu 37,8 milyarda düşüb.

Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün də ciddi vəsait xərcləyib. Bu proses çərçivəsində məcburi köçkünlər tərəfindən 1990-cı illərdə tikilmiş müvəqqəti evlər müasir mənzillərlə əvəzlənib. Rəsmi hesabata əsasən, 1,2 milyon qaçqın və məcburi köçkündən 350 mininə yeni mənzil verilib. Lakin problemin miqyası göstərir ki, çox sayda insan hələ də yeni evə köçəcəyi günü gözləyir.

Paytaxt Bakıdakı göydələnlərdən, işıq saçan ticarət mərkəzlərindən Sovet dövründə tikilmiş və 2 min məcburi köçkünün yaşadığı köhnə tələbə yataqxanasına maşınla 5 dəqiqəlik yoldur. Buradakı məcburi köçkünlərin həyat şəraiti yaxşı deyil. Son illərdə bu ərazidəki köhnə Sovet binaları daha da hündürləşib. Çünki qaçqınlar binaların damlarına yeni tikililər əlavə edib.

Həyətdə evlərə bitişik, dəmirdən hazırlanmış kiçik dükanlarda ət, çörək və s. satılır. Buradan Mahmud adlı məcburi köçkünün evinə keçirik. Onun kiçik otağı tavandan asılmış ədyallarla hissələrə bölünüb. Mahmudun 6 nəfərlik ailəsi burada yaşayır.

Hər tərəfdən elektrik naqilləri sallanır. O, iki naqili birləşdirir və otaq bir qədər işıqlanır. Əslən Füzulidən olan Mahmud və onun ailəsi minlərlə digər insan kimi, 20 ildən artıqdır ki, Bakının mərkəzində kiçik otaqda yaşayır. Amma onu yaxın gələcəkdə həyat şəraitinin yaxşılaşacağına dair vədlər də həyəcanlandırmır. “Yaşadığım yerin bərpasına ehtiyacım yoxdur” deyən Mahmud fikrini belə davam etdirir: “Yalnız öz torpağımı istəyirəm... Yalnız öz vətənimə qayıtdıqdan və orada yeni ev tikdikdən sonra xoşbəxt olacağam. Biz dağ adamıyıq. Şəhər bizlik deyil”.

İngilis dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018