Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnsanları yoxsulluqdan qurtaran vasitə - JNK-KİS
Tarix: 24.05.2018 | Saat: 17:10:00
Bölmə:Sosial | çapa göndər

İndoneziya Universiteti İqtisadiyyat fakultəsinin ötən ilin yekunlarına dair araşdırmalarına əsasən Milli Sağlamlıq Təminatı Kartı (JNK-KİS) 1,16 milyon insanı yoxsulluqdan xilas edib.

İndoneziyanın Azərbaycandakı səfirliyindən Hafta.az-a verilən məlumata görə, tədqiqatçı alim Tequh Dartono deyir: “Belə kartı olmayan insanlar müalicə xərclərini özləri ödəməli olurlar. Halbuki, ödəmə imkanı olmayan şəxslər bu karta sahibdirlərsə, ödəniş etməyə bilərlər”.

Tequhun dediklərinə əsasən, maddi imkanı olmayan şəxslər kartları olmadıqda, müalicə xərcləri üçün borc götürməli olurlar. Buna görə də onların maddi vəziyyətləri daha da çətinləşir. “Maddi imkan yoxdur və borc almalı olursan. Beləliklə, bu insanlar öz uşaqlarının təhsilinə və digər məsələlərə xərclənəcək pulları müalicə üçün sərf edirlər” deyə Tequh əlavə edib. Onun fikrincə, müalicə xərcləri üçün alınan borclar bəzən on milyonlarla rupiah ola bilər (1 manat = 8,307 rupiah). Belə ki, Səhiyyə - Sosial Təhlükəsizlik İdarəsi təqribən 15 milyon insanın müalicə xərclərinə görə yoxsullaşmasının qarşısını almaq istəyir. Dövlət büdcəsindən vergi hesabına ayrılan vəsait aztəminatlı ailələrin müalicə xərclərini qarşılaya bilər. Tequhun sözlərinə əsasən, “Xəstələndikdə ödəniş etməyə ehtiyac olmur. Kart vasitəsilə əldə olunan mənfəət ödəniləcək rüsumdan daha yüksəkdir”.

2017-ci ildə Səhiyyə - Sosial Təhlükəsizlik İdarəsi JNK-KİS kartı üçün 74,25 trilyon rupiah vəsaitin daxil olduğunu açıqlayıb. Belə ki, 2016-cı ildə bu göstərici 67,4 trilyon rupiah olub. Ödənişlər xaricində edilən yardımlarda da artım özünü göstərir. 2016 –cı ildə 91,1 milyon rupiah olan yardım 2017-ci ildə 92,3 milyon rupiaha yüksəlib. Dövləti büdcəsindən olan yardım isə 2016 və 2017-ci illərdə müvafiq olaraq 24,8 və 25,3 trilyon rupiah təşkil edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018