Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dənizkənarı Milli Parkda "Avropa şəhərciyi 2018" festivalı keçiriləcək
Tarix: 24.05.2018 | Saat: 17:41:00
Bölmə:Mədəniyyət | çapa göndər

İyunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində Avropa mədəniyyəti bayramı - “Avropa şəhərciyi 2018” festivalı keçiriləcək.

Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyindən Hafta.az-a verilən məlumata görə, “Avropa şəhərciyi 2018” festivalı Avropa İttifaqı və onun dəyərləri, eləcə də Aİ və Azərbaycan arasında mövcud çoxillik əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında daha çox məlumat almaq istəyən insanlar üçün ideal fürsət olacaq.

Ənənəvi olaraq, "Avropa şəhərciyi" Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən İttifaqa üzv 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıqda təşkil olunur. Tədbirə təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti göstərir.

"Avropa şəhərciyi 2018" günorta saat 12:00-dan etibarən ziyarətçilər üçün açıq olacaq. Builki festival zəngin və geniş tədbirlər proqramı ilə fərqlənir. Belə ki, "Avropa şəhərciyi"ndə Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng toxuculuğu üzrə ustad dərsləri (master-klas), “3D” qələmlə müxtəlif obyektlərin çəkilməsi və bir sıra digər tədbirlər keçiriləcək. AFFA tərəfindən təşkil edilmiş xüsusi meydançada isə siz dostlarınızla xoş vaxt keçirə və futbolçularla qol vura bilərsiniz! Bundan başqa, festivalın qonaqları “paella” kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar. Bu il Avropa Şəhərciyinə dəstək verən “Park Cinema” festivalın qonaqları üçün bir sıra maraqlı tədbirlər və hədiyyə biletləri hazırlayıb. "Avropa şəhərciyi"ndə ilk dəfə olaraq Mədəniyyət Nazirliyi müxtəlif xalq sənət növlərini və kitab sərgisini nümayiş etdirəcək. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət olan milli “Dastan” brendinin kolleksiyasını təqdim edəcək. Bu il öz stendi ilə festivalda iştirak edəcək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Avropa şəhərciyinin rəsmi tərəfdaşıdır.

Bu il "Avropa şəhərciyi"ndə A.N.Ələkbərov adına Azərbaycan Dövlət İncəsənət Gimnaziyası da iştirak edir və gimnaziyanın şagirdləri tədbirdə gips və gildən müxtəlif fiqurlar hazırlayacaqlar. Bundan başqa, siz festivalda dulusçuluq işi üzrə ustad dərsinə də qatıla biləcəksiniz. Ənənəvi olaraq, "Avropa şəhərciyi"ndə uşaqlar və böyüklər üçün çoxsaylı viktorina və müsabiqələr keçiriləcək, qaliblərə isə xüsusi mükafatlar təqdim olunacaq. "Avropa şəhərciyi" qonaqlar üçün gecə saatlarına qədər açıq olacaq və tədbir xüsusi dəvət edilmiş yerli və xarici ulduzların iştirak edəcəyi möhtəşəm konsert proqramı ilə başa çatacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018