Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident və nazirlərin oruc tutduğu bilindi - GÜNÜN TƏZADLARI
Tarix: 24.05.2018 | Saat: 18:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Qırğızıstanın birinci rəsmilərinin Ramazan ayında oruc tutduqları bəlli oldu. Hafta.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Prezident administrasiyası və digər müxtəlif dövlət qurumlarının mətbuat xidmətləri də təsdiqləyib. Ölkə prezidenti Sooronbay Jeenbekov, parlament rəhbəri Dastanbek Cumabekov, Baş nazir Muhammedkalı Abulqazıyev artıq bir neçə ildir ki, Ramazan boyu oruc tuturlar. Ali Məhkəmənin sədri Aynaş Tokbayeva isə artıq 30 ildir ki, əsl müsəlman kimi oruc tutur. Bu il Baş nazirin 1-ci müavini Kubatbek Boronov və digər müavinlər Jenişbek Razakov və Zamirbek Askarov da Ramazanda oruc tutmağa qərar veriblər. Qırğızıstan hökumərinin nazirləri arasında Fövqəladə Hallar naziri Nurbolot Mirzaxmedov və Səhiyyə naziri Kosmosbek Çolponbayev orucluğa riayət edirlər.


Prezidentin kürəkəni 7 saat sorğu-sual edildi


ABŞ-da 2016-cı ilə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə edib-etməməsini araşdıran xüsusi prokuror Robert Müller bu ilin aprelində prezident Donald Trampın kürəkəni Cared Kuşneri 7 saat sorğu-sual etdiyi bəlli oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb. “Cared Kuşner bir il əvvəl 2016-cı ilin seçkilərinə müdaxilə ilə bağlı istənilən təhqiqatla əməkdaşlıq etməyə ilk razılaşanlardan biri idi. O, həmin vaxtdan araşdırmaya tam kömək edib və Konqresin nümayəndələri ilə dindirmədə iştirak edib. Kuşner həmçinin xüsusi prokurorun komandası ilə iki dəfə danışıb”, - deyə telekanal Kuşnerin vəkili Abba Loueldən sitat gətirib. Vəkil qeyd edib ki, onun müştərisi bütün məsələlər üzrə ətraflı cavablar verib. O, Müllerlə ilə söhbətin dəqiq tarixini açıqlamayıb və dindirmənin mahiyyəti barədə də şərh verməkdən imtina edib.


Şamaxıda yeni çəkilmiş yol sürüşdü


Şamaxı-Pirqulu-Dəmirçi istiqamətində isə yol yenidən sürüşməyə məruz qaldı. Hafta.az yazır ki, bu haqda ARB TV xəbər yayıb. Yolun 4-cü kilometrliyində yol sürüşərək yararsız vəziyyətə düşüb, 1 metr dərinlikdə çökmələr baş verib, bəzi hissələrdə isə dərinliyi 70 sm olan yeni çatlar yaranıb. Qeyd edək ki, Pirqulu -Dəmirçi yolu rayon mərkəzindən 22 kilometr uzaqda yerləşir. Yeni çəkilib istifadəyə verilən yolun üç hissəsində sürüşmə yaşanır. Apreldə yaşanan sürüçmə nəticəsində yolun 3-cü kilometrliyində asfalt örtüyü bölünərək ikiyə ayrılmışdı.


Bakıda ağac aşıb yolu kəsdi


Çərşənbə axşamı gecə saatlarında Bakının Bakıxanov qəsəbəsində yol kənarındakı ağaclardan biri aşdı. Hafta.az “Dəyərlər”ə istinadla xəbər verir ki, ağac sözügedən qəsəbədə yerləşən “ASAN xidmət” mərkəzinin arxasındakı yola aşdığı üçün sakinlər və avtomobillərin hərəkətində problemlər yaradıb. Həmin ərazidə yaşayış evləri, mağaza və dükanlar çoxdur. Xoşbəxtlikdən ağac aşan zaman xəsarət alan olmayıb. Havaların xoş olduğu vaxtda belə sağlam və o qədər də yaşlı olmayan ağacın aşması təəccüb doğurub. Sakinlərin iddiasına görə, həmin yerdə olan ağacların ətrafında tikililər var. Səkidə olan ağacın kök hissəsi və ətrafı örtük daşları ilə örtülüb. Bu da ağacın kökünün inkişafını ləngidib və aşmasına səbəb olub. Gecədən aşan ağac bu gün də aşdığı yerdə qalıbmış. Vətəndaşlar avtomobil sıxlığı yaranmasın deyə, ağacı bir qədər kənara çəkiblər.


Bomba şübhəsi olan çantanı təmizlədi - özü həbs olundu


Viskonsin ştatının Milouki şəhərində fövqəladə qrupun gəlməyini gözləməyib naməlum çantanı zərərləşdirən velosipedçi polislər tərəfindən əlləri burularaq saxlanıldı. Hafta.az yazır ki, Deyerler.org-un “Ria.ru” agentliyinə istinadla verdiyi xəbərə görə, göstərilən video- çarxda velosipedçi, polisin ehtiyat lentini adlayaraq şübhə altında olan çantanı götürüb üzü aşağı çevirir. Sonra içindəki əşyaları yerə boşaldır. Yerə tökülmüş əşyaları əliylə yoxladıqdan sonra yoluna davam etmək istədikdə isə üstünə 3 təhlükəsizlik əməkdaşı atılır.
Sahibsiz çanta aşkarlanması haqqında səhər saatlarında fövqəladə xidmətə xəbər verilib. Qeyd olunduğu yerdə polislərin və mühəndis-istehkam qrupu növbəti atacaqları addımı müzakirə etdikləri anda velosipedçi onları qabaqlayaraq təhlükə həyacanına son qoyub.



Rusiyanın alüminium nəhəngində kütləvi istefalar başladı


Rusiyanın alüminium istehsal edən məşhur “Rusal” şirkətinin baş direktoru Aleksandra Buriko istefaya getdi. .az yazır ki, Axar.az bu barədə kompaniyanın saytına istinadla informasiya yayıb. Burikonun səlahiyyətlərinin icrası Yevgeni Nikitinə tapşırılıb. Burikonun ardınca şirkətin əsas menecerləri də istefa, Gülcan Moldacanova, Olqa Maşkovskaya veriblər. Vladislav Solovyev, Ziqfrid Volf, Maksim Sokov, Dmitri Afanasiyev və Yekaterina Nikitinin istefa qərarı iyunun 28-də qüvvəyə minəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018