Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nümunəvi 88 saylı Ağdam koçkün tam orta məktəbi
Tarix: 24.05.2018 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti məktəb direktorlarından asılıdır. Direktor təhsil sahəsini nə qədər mükəmməl bilərsə və bu sahədə onun pedaqoji təcrübəsi, yüksək təşkilatçılıq qabiliyyəti olarsa, təhsil müəssisəsində bir o qədər nizam-intizam və dünyagörüşlü, bilikli şagirdlərin də sayı bir o qədər yüksək olar.

Belə təhsil müəssisələrindən bir də paytaxtın Yasamal rayon Şərifzadə küçəsində yerləşən Ağdam rayon 88 saylı köçkün tam orta məktəbidir. Düzü 8 ilə yaxındır ki, adıçəkilən təhsil müəssisəsində olmurdum. Əvvəllər həmin məktəbin tədbirlərinə dəvət alardım. 2014-cü ilə qədər sözügedən təhsil müəssisəsi yerləşdiyi bina yararsız vəziyyətdə idi. Binanın otaqlarının divarları və dam örtüyü uçub-tökülürdü. Sinif otaqları çatışmırdı, bir-birinin içində qaranlıq və darısqal otaqlar idi. Şagirdlərin təhsil alması üçün normal şərait yox idi. Bir sözlə, məktəbin əsaslı təmirə ehtiyacı var idi.


Qeyd edim ki, 2014-cü ildə tanınmış pedaqoq Mətanət Məmmədova keçmiş təhsil naziri Mikayıl Cabbarovun əmri əsasında adıçəkilən məktəbə direktor təyin edilir. Mətanət müəllimə uzun müddət Ağdam Rayon Təhsil Şöbəsində aparıcı metodist işləyib. Təhsil sahəsini çox mükəmməl bilən təcrübəli kadrlardan biri də elə Mətanət Məmmədovadır. Çünki onun pedaqoji təcrübəsi haqqında az-çox məlumatım var. Mətanət müəllimə məktəblərdə yoxlamalarda olan zaman müəllimlərə metodiki göstərişlərini verirdi. Öz pedaqoji təcrübəsini xüsusilə də gənc müəllimlərə öyrədirdi. Mətanət xanımın bir pedaqoq kimi üstünlüyü ondadır ki, o, həmişə zəngin pedaqoji təcrübəsinə arxalanır. Beləliklə, sözügedən təhsil müəssisəsinə direktor təyin edildikdən sonra, məktəb binasını əsaslı təmir etdirmiş və məktəbin sinif otaqları dərs ləvazimatları ilə təmin edimişdir. Bir sözlə, məktəbdə müəllimlərin dərs keçməsi və şagirdlərin təhsil alması üçün normal şərait yaradılıb. Bunun nəticəsində də şagirdlərin bilik səviyyəsi ilbəil artır.

Məktəbə gələn valideynlər, eləcə də valideyn Xatirə Muradova təhsilin keyfiyyətindən razı qaldıqlarını söylədilər:
- Baxmayaraq ki, məktəb öz doğma rayonundan çox-çox aralıda, Bakı şəhərində köçkün şəraitində fəaliyyət göstərir, amma təhsilin keyfiyyətinə və göstəricilərinə görə, heç də yerli şəhər məktəblərindən geridə qalmır. Əksinə, rayon və respublikada fəaliyyət göstərən qabaqcıl məktəblər sırasındadır. Məlahət Məmmədova direktor təyin ediləndən sonra, məktəbdə təhsilin keyfiyyəti daha da yaxşılaşmışdır. Təhsil müəssisəsində nizam-intizam olduqca yüksəkdir. Şagird və müəllimlər arasında qanunsuz dərsdən qalma və gecikmə halları yolverilməzdir. Əsas odur ki, müəllim-şagird, müəllim-valideyn arasında sıx əlaqə yaradılıb. Məktəbin şagirdləri vətənpərvərlik ruhunda tərbiyə alırlar.
Məktəbin direktoru Məlahət Məmmədova “Həftə içi”nə bildirdi ki, təhsil müəssisəsində bütün tədbirlər və dəyirmi masalar vaxtlı-vaxtında keçirilir. Hətta keçirilən tədbirlər Ağdam Rayon Təhsil Şöbəsinin facebook səhifəsində yerləşdirilir. Tədbirləri Yasamal rayonunda yerləşən Heydər Əliyev mərkəzində keçiririk. Mayın 10-da ulu öndərin anadan olmasının 95 illik yubileyini də elə Heydər Əliyev Mərkəzində keçirdik. Rayon səviyyəli böyük bir tədbir idi. Məktəbin şagirdləri həmin tədbirə yüksək səviyyədə hazırlaşmışdılar. İndi isə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı möhtəşəm tədbirə hazırlaşırıq. Tədbir şənbə günü, mayın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Həmin tədbirdə şagirdlərimiz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Məktəbin direktoru söylədi ki, keçən il olduğu kimi, bu il də məktəbin XI sinfində bilikli şagirdlər kifayət qədərdir:
- Keçən il, yəni 2016-2017-ci tədris ilində ali təhsil müəssisəsinə sənəd verən 7 məzunun 7-də yüksək bal toplayaraq, ali təhsil ocaqlarına qəbul olunmuşlar. Onlardan Fidan Nazim qızı Şirinova 645 balla Bakı Ali Neft Məktəbinə qəbul olunmuşdur. Eləcə də Mina Rauf qızı Şirinova 585 bal toplayaraq, BDU-nun hüquq fakültəsinə və digər bir məzunumuz – Hümbətova Səma Qalib qızı 500-dən yuxarı balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunublar. Bu il də məzunlarımızın bilik səviyyəsi qənaətbəxşdir. Bu ilin may ayinın 13-də keçirilən 1, 2 və 3-cü qruplar üzrə Ali Məktəblərə Sınaq Qəbul İmtahanına sənəd verən 16 məzunumuzdan 4 nəfəri - Məmmədli Aynur Namiq qızı 590 bal, Məmmədli Mədinə Yavər qızı 571 bal, Əzizova Şəhla Qəmbər qızı 545 və Məmmədova Fidan Əlibaba qızı 530-a yaxın bal toplayıblar. Yüksək bal toplayan məzunlarımız topladıqları balla kifayətlənmirlər və daha yüksək nəticələr, 700 bal uğrunda test-sınaq imtahanlarına hazırlaşırlar. Biz də məzunlarımıza uğurlar arzulayırıq. İnanırıq ki, adları çəkilən məzunlarımız 700-ə yaxın bal toplayacaq, ali təhsil ocaqlarına qəbul olunacaqlar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018