Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bu film İbrahimbəyovun xalqına qarşı püskürdüyü nifrətidir” – MÜSAHİBƏ
Tarix: 24.05.2018 | Saat: 19:30:00
Bölmə:Müsahibə | çapa göndər

Gündəmdə üç il əvvəl – 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmidir. Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya olan film ciddi müzakirərlərə səbəb olub. “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunması etirazla qarşılanıb.

Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılaraq, daşlanır.
Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn erməninin sonda hava limanında sərhəd xidmətinin əməkdaşı tərəfindən qəddarcasına döyüldüyü təsvir olunur.
Hafta.az xalq artisti Nurəddin Mehdixanlının filmlə bağlı müsahibəsini təqdim edir.
- Filmə baxmısınızmı?
- Bəli, baxmışam, xəbərim var.
- Təəssüratlarınız...
- Bu, son illərdə Azərbaycana, bütün dünyadakı millətimizə qarşı aparılan ən xain təxribatlardan biridir. Azərbaycanlı olasan, özünü bu millətdən sayasan, amma mənsub olduğun xalqa xəyanət edəsən, millətini bu formada aşağılayasan... Nə bilim, bu heç bir məntiqə sığmır. Öz uğursuzlğunun hikkəsini, nələrinsə acığını bu formada nifrətə çevirmək qeyri-insani hərəkətdir.
- Siz hesab edirisiz ki, bu film Rüstəm İbrahimbəyovun hansısa uğursuzluğunun təzahürüdür?
- Məncə, bu film onun siyasi uğursuzluğunun hikkəsindən doğulub. Böyük tarixi, mədəniyyəti olan bir milləti bu şəkildə aşağılamaqla, təhqir etməklə şəxsi uğursuzluğa bərabər tutmaq lazım deyildi. Bu film “Qafqaz üçlüyü” deyil, şeytan üçlüyüdür. Bu cinayətdir və bunu bir sənət adamının etməsi daha ağırdır. Bundan sonra Rüstəm İbrahimbəyova azərbaycanlı demək, Azərbaycan yazıçısı demək nə dərəcədə doğrudur?
- Sənət adamları olaraq hansısa formada etirazınız olacaqmı?
- Sənət adamının etirazı bu məsələni ictimailəşdirmək, münasibət bildirmək ola bilər. Digər hüquqi məsələlər var ki, o artıq bizim səlahiyyətimizdə deyil. Bu şəxs xalqına xəyanət edib, bir ölkəni, bir xalqı təhqir edib və hesab edirəm ki, Azərbaycan dövləti bu məsələni cavabsız qoymayacaq. Baxmayaraq ki, biz bəzən düşmənlərimizə də humanist davranırıq və əvəzində xəyanət görürük. Amma bu məsələ ona görə ağıryüklüdür ki, bunu bizə öz içimizdən olan biri edir. Özü də kifayət qədər ictimai nüfuzu olan biri. Bu çox ağrılı, bağışlanılmaz haldır.
- İbrahimbəyov “Yaradıcılıq azadlığım var” deyə özünü sığortalaya bilərmi? Çünki çox vaxt belə əsərlər bir sənət numunəsi olaraq qəbul olunur...
- Qətiyyən. İstənilən mövzu barədə əsər də yazmaq olar, film də çəkmək olar. Amma bu, milləti aşağılamadan, təhqir etmədən olmalıdır. Heç bir böyük istedada icazə verilmir ki, milləti aşağılasın, tarixi faktları təhrif eləyib öz fantaziyasına uyğun film çəksin. Bu sənət nümunəsi deyil, qərəzdir! Yüz illərdir ermənilər rus imperilaizminin kölgəsində gizlənərək Azərbaycan xalqına qarşı cinayətlər tördərilər. Torpağı işğal olunan biz, soyqırıma məruz qalan biz, 20 faiz doğma torpağı bu gün də erməni əlində olan biz, amma günahsız göstərilən ermənidir. Bu boyda faktları hansı sənət nümunəsi ilə ört-basdır eləmək olar? Bu bir filmdir və buna yüz milyonlarla insan baxacaq, bu filmə baxanlar Azərbaycan xalqı haqqında nə fikirləşəcəklər? Bu illərdir aparılan işlərə nə qədər zərbə vurur, bunun fərqindəyikmi? Heç kəsə o ixtiyar verilməyib ki, tarixi faktları təhrif edib, tarixi həqiqətləri bədii yozum vasitəsilə dəyşidirib, haqlıya haqsız, haqsıza haqlı donu geyindirsin. Bu, Azərbaycan xalqına xəyanətdir. Bu, sənət nümunəsi deyil, bir insanın xalqına qarşı püskürdüyü nifrətidir. Varmı elə bir erməni filmi ki, orada bizim haqqımızda yüksək fikir deyilir? Yoxdur! Ola bilməz!
- Belə sənət nümunələri olmasın deyə, müharibə şəraitində yaradıcı adamlar üçün xüsusi senzura tətbiq olunmalıdırmı?
- Hər bir insanın senzurası onun vicdanıdır!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018