Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaradağ rayonunda AXC-nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 24.05.2018 | Saat: 21:21:00
Bölmə:Sosial | çapa göndər

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Hafta.az yazır ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiymətləndirib, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirib. Qeyd edib ki, 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla, demokratik dövlət quruculuğu, eləcə də digər sahələrdə atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində vacib rol oynayıb. Azərbaycanın yenidən müstəqillik əldə etdikdən, 1991-93-cü illərdə mövcud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-başa qaldığı dövrdə Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin taleyini yaşamadı və müstəqillik yolunda dönmədən, inamla irəlilədi. Bu gün bu siyasət Ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Azərbaycan Respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında millət vəkili A.Hüseynov geniş məlumat verərək bildirib ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir. Xalq Cümhuriyyəti qısa ömür sürərək 1920-ci ilin 28 aprelində süqut etsə də, tarixdə onun yeri, Azərbaycan xalqının istiqlal arzusu, 23 aylıq müstəqil dövlətçilik salnaməsi qalmışdı. Məhz buna görə də, həmin süqutdan 71 ildən sonra, 1991-ci ildə Azərbaycan SSR-nin oraq-çəkicli al bayrağını endirib müstəqil Azərbaycanın üçrəngli, ay-ulduzlu qumaşını yenidən ucaldanda biz Cümhuriyyətə, onun şanlı tarixinə və siyasi mirasına sahib çıxdıq.

A.Hüseynov onu da qeyd edib ki, istiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir.

Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər.

 

Daha sonra çıxış edən Rəşad Alıcanov, Nəzakət Məmmədova, Şəmsi Qocayev və başqaları 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olduğunu vurğulayaraq, 1993–cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən söz açıblar. Bildirilib ki, 28 may 1918-ci il Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şanlı səhifəsidir. Müstəqilliyimizin qazanılmasında əməyi olan istiqlal mücahidləri ən böyük hörmət və ehtirama layiqdirlər. İkinci dəfə qazandığımız müstəqilliyin qorunub saxlanılmasında, dövlətimizin möhkəmlənməsində və dünya miqyasında tanınmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri var. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı, regionda və dünyada artan nüfuzumuz, beynəlxalq və mötəbər tədbirlərin ölkəmizdə keçirilməsi və təşkili təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsinin məntiqi nəticəsidir.

Sonda Qaradağ RİH başçısı S.Mikayılov tədbiri yekunlaşdıraraq iştirakçıları Respublika Günü münasibətilə təbrik edib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Sahil qəsəbəsindəki 28 nömrəli musiqi məktəbinin AXC-nin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş klassik əsərlərdən ibarət musiqi proqramı təqdim olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
13.11.2018
12.11.2018
11.11.2018