Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İraq türkmənləri səslərin yenidən hesablanması tələbindən geri çəkilmir
Tarix: 25.05.2018 | Saat: 11:45:00
Bölmə:Dünya | çapa göndər

İraqın Kərkük şəhərində türkmənlərin seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq başlatdıqları aksiyalar 13 gündür davam etməkdədir.

Hafta.az yazır ki, türkmən aksiyaçılar gün boyu və gecələr meydanları boşaltmırlar. Onlar öz tapdanmış haqlarının bərpasına nail oluncayadək etiraz tədbirlərini davam etdirməyə qərarlıdırlar. Artıq baş nazir Heydər əl-İbadi dünya ölkələri tərəfindən aldığı güclü təzyiq qarşısında Kərkük şəhəri üzrə səsləri yenidən, hətta lazım gələrsə əllə saymağa çağırıb. Hansı ki, İraq Ali Seçki Şurası baş nazirin təklifini rədd etməkdədir. 

İraq Türkmən Cəbhəsinin Kərkük vilayəti üzrə nümayəndəliyinin rəhbəri Kasım Kazancı bildirib ki, səslərin yenidən və əllə sayılmasına nail olunanadək aksiyalar davam etdiriləcək. Onun fikrincə, tələblərin yerinə yetirilməsinə yeganə əngəli Ali Seçki Şurası yaradır.

Türkməneli Partiyası Siyasi Bürosunun üzvü Əli Müftü də "Türkmənlərin hökumətdə və yeni parlamentdə yer alması vacibdir və onların iradəsi nəzərə alınmadan Bağdadda qurulacaq hər hansı hökumət legitim sayılmayacaq" deyib. 

Qeyd edək ki, bir neçə gün öncə Türkməneli Partiyasının sədri, türkmənlərin milli-mənəvi lideri Riyaz Sarıkahya da səslərin əllə sayılmasını başlıca tələb olaraq xatırlatmışdı. 

Xatırladaq ki, İraqda parlament seçkiləri mayın 12-də keçirilib. Kərkükdə səslər sayılarkən kürd separatçılar komputer sisteminə müdaxilə edərək nəticələri 70 faizədək səviyyədə kürd namizədlərin xeyrinə saxtalaşdıra biliblər. 

Onu da qeyd edək ki, etirazlara cavab olaraq baş nazir Heydər əl-İbadi Kərkükdə səsləri əllə saymaq çağırışı etsə də, qanunlara görə bu işə səlahiyyətli olan Ali Seçki Şurası hökumət başçısının çağırışına məhəl qoymamaqdadır. İndi hər kəs Ali Seçki Şurasının yekun olaraq hansı qərarı verəcəyini gözləyir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2018
16.12.2018
15.12.2018