Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “çevik polisi” - HƏFTƏ REYTİNQ
Tarix: 25.05.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Çərşənbə axşamı - mayın 22-də- saat 22 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqovun işdən sonra “Memar Əcəmi” metro stansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün mindiyi 135 nömrəli avtobusda cinayətkarı zərərsizləşdirdiyi bəlli oldu. DİN-dən verilən məlumatda deyilir ki, bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfər qeyri-etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazılıqlarına səbəb olub. Mülki geyimdə olan Coşqun bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq, nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər. Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək, mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək, onu tərk-silah edib, silahı həmin şəxsin əlindən alıb. Tərk-silah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə məlumat verib.


Həftənin “azərbaycanlı ixtiraçısı”


15 yaşlı azərbaycanlı ixtiraçı Reyhan Camalovadan sonra daha bir məktəblimiz yeni ixtirası ilə bizi sevindirdi. Fuad Qocayev Bakının 220 saylı məktəb-liseyinin 9 “x” sinif şagirdidir. Fizika elminə marağı 7-ci sinifdən başlayıb. “Öz enerjini özü yaradan evim” adlanan layihəsində Fuad yollardan elektrik enerjisi almağı düşünür. “Bu icadımla yollardan elektrik alacağam. Azərbaycanda kifayət qədər avtomobillərin sıx keçdiyi yollar var. Yollara qurğu yerləşdirəcəyəm. Bu qurğu nəqliyyata heç bir maneə törətməyəcək. Avtomobillər yolla hərəkət edərkən maşının ağırlığı yola təzyiq edir. Təkərlər hər dəfə qurğunun üstündən keçəndə çox kiçik təzyiq nəticəsində çarx hərəkətə gəlib generatoru fırladacaq. Beləcə, mexaniki enerji elektrik enerjisinə keçəcək. Əllə işləyən fənərləri təsəvvür edin. Yumruğumuzu hər dəfə sıxdıqda fənərin içindəki qurğu hərəkətə gələrək mexaniki enerjini elektrik enerjisinə çevirir və ətraf işıqlanır...”-deyən Fuad düşünür ki, əldə edilən elektrikdən yolların işıqlandırılmasında istifadə etmək, yaxud Bakı Elektrik Şəbəkəsinə geri ötürmək də olar.


Həftənin “prodüseri”


Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi “Son iclas” bədii-sənədli filminin 3 gün ödənişsiz nümayiş olunacağı bəlli oldu. Filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində qapalı şəkildə keçirilib. Daha sonra isə 26, 27 və 28 may tarixlərində “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz xalqa təqdim olunacaq. Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və “BP” Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.


Həftənin “ermənipərəsti”


Kinorejissor Ayaz Salayevin “Bakinski raboçi” qəzetində geniş “Rüstəm İbrahimbəyov və onun ermənilərin faciələrində azərbaycanlıların günahkar olması haqda filmi” adlı məqaləsindən sonra, “Qafqaz üçlüyü” filminin ssenari müəllifi, Mili Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun iç üzü bir daha açıqlandı. 2015-ci ildə çəkilmiş filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhpərvər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Filmin rejissorları Eldar Şengelaya və Fuad İbrahimbəyovdur. Filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda qorxmaz, güclü, təmənnasız, mərd və geniş ürəkli erməni uşağının obrazı təqdim olunur. Yəni erməni milləti, soyu təbliğ edilir, türk soyu aşağılanır. Azərbaycanda yaşayan erməniəsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi isə şübhəsiz ki, “vəhşi azərbaycanlıların” “dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir.


Həftənin “yaltaqlıqşünası”


“Yeni Müsavat”ın “Facebook” üzərindən gerçəkləşdirdiyi canlı yayımda ziyalı, xalq şairi Sabir Rüstəmxanlı cəmiyyətdə bəzi müraciət formalarının insanların içindəki yaltaqlıq ruhundan xəbər verdiyini vurğuladı: “Bizdə istənilən adama deyirlər, cənab. Küçədə deyir ki, cənab basçı mənə bu işi tapşırıb. Ya da cənab başçının cənab müavini bunu çatdırıb. Mən də yazmışdım ki, bir azdan deyəcəklər: cənab başçının cənab müavininin cənab köməkçisi... Nə qədər yaltaqlıq ruhu olar? Bu milləti nə qədər içindən sındırmaq olar?.. Belə psixoloji gərginlik altında bizim millət yaşaya bilməz. Bizim milləti bu qədər yaltaqlıq, əyilmək mühitində, öz sözünü deyə bilməyəcək mühitdə görmək istəmirəm.


Həftənin “əsginazı”


Mərkəzi Bankda Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirildi. E.Rüstəmov bildirdi ki, bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı Ümummilli Liderin xatirəsinə inşa edilmiş “Heydər Əliyev Mərkəzi” olan 200 manatlıq kağız pul nişanını tədavülə tədqim edir. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub.


Həftənin “muğamşünasları”


ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonaqları əməkdar artist Cavanşir Məmmədov və xalq artisti Səməd Səmədov oldu. İlk olaraq xalq artisti muğam oxumağı bacarmadığını etiraf edib:
“Mən, Səməd Səmədov 20 il toylar titulu daşımışam, indi xalq artistiyəm. Bir də görürsən ki, mən aparan məclisdə hansısa şirkətin toyu və ya ev şənliyidir, biri gəlib muğam oxuyur. Mən az qalıram diz çökəm onun qarşısında. Muğam oxuyanın qarşısında mən diz çökürəm. Amma Səməd olan məclisdə heç kimə etiyac yoxdur”. Cavanşir Məmmədov isə Səməd Səmədovun etirafına bu cür reaksiya verib: “Onda mən indi muğam oxuyacam. Səməd, sən diz çökərsən, baxarıq...”.


Həftənin “milyarder varisi”


Məşhur “Forbes” jurnalı 2018-ci ilin may ayınadək Rusiyanın ən varlı varisini elan etdi. Jurnalın araşdırmasına görə, hazırda Rusiyada 102 milyarder var və onların toplam varidatı 403 milyard dollardır. Milyarderlərin isə üst-üstə 289 övladı var. Nəticədə orta hesabla hər uşağın payına 1, 4 milyard dollar pul düşür. “Forbes”in yeni reytinqinə isə “Lukoyl”un prezidenti Vahid Ələkbərovun oğlu Yusif başçılıq edir. Ələkbərovun yeganə övladı 17 milyard dollarlıq varidatın tək varisidir. Siyahıda sonuncu yeri “LetterOne” şirkətinin prezidenti German Xanın övladları tutur. Xanın 4 uşağı var və onların hərəsinə 1,3 milyard pay düşür.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018