Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"La Mambanegra"dan Bakıda möhtəşəm konsert FOTO
Tarix: 27.05.2018 | Saat: 20:10:00
Bölmə:Mədəniyyət | çapa göndər

Kolumbiyanın məşhur “La Mambanegra” musiqi qrupu Bakıda xesusi konsert proqramı ilə çıxış edib. Azərbaycanda akkreditə olunmuş bir çox səfirliklərin nümayəndələri, jurnalistlərin və ictimaiyyətin müəyyən qisminin təmsilçilərinin iştirak etdiyi tədbirə ecazkar Kolumbiya musiqisi xüsusi rəng qatıb.

“La Mambanegra” (Qara Mamba) musiqi qrupu Kolumbiya incəsənəti sferasında olduqca məşhurdur. Hətta belə demək mümkündürsə, “La Mambanegra” yalnız Kolumbiyanın deyil, bütövlükdə Latın Amerikasının musiqi qrupudur. Əslində, Latın Amerikasının qrupu dedikdə sadəcə dil birliyini nəzərdə tutmaq olmaz. Bu gün bu qrupu dinləyən hər kəs səslənən musiqilərdə 70-ci illərdən üzübəri NYC Salsa, Yamayka və Kolumbiya musiqisinin elementlərindən ibarət Funk və Hip Hop musiqisinin şahidi ola bilər.

Bu qrup Salsa və Latın musiqisinin sintezindən tam yeni janr yaradıb. Onlara bu işdə “La Habana” və “Barrio Obrero” da müəyyən təsir göstərib.
2012-ci ildə “La Mambanegra” qrupu yaradılandan bu yana “Quadalajara Feria Internacional del Libro (FIL) Perth İnternational” İncəsənət Festivalı (Meksika) və Adelaida Festivalında (Avstraliya. mart, 2017) iştirak etməklə yanaşı, eyni zamanda WOMADelaide və WOMAD NZ kimi bir neçə böyük konsert proqramlarında bacarığını göstərib. Bu cür möhtəşəm konsertlərdən, məsələn, Vic-Feysensacda Tempo Latino (31 iyul, 2016), Charlton Parkda WOMAD (Birləşmiş Krallıq,29 iyul 2016), Iberoamericano de Teatro de Boqota (12 mart 2016) Buenos-Ayresdə (11 oktyabr 2015), Boqota Musiqi Bazarı (9 sentyabr 2015) və “İnternacional de Los-7 Mares”i (Lima şəhəri, 26 aprel 2014) göstərmək olar.

Qrupun üzvləri: Yakob Velez (musiqi direktoru), Culia Diaz, Fabio Lukumi, Sergio Orobio, Harold Orozko, Jan Karlos Arreşia, Daniel Gutierrez, Rocer Torres, Karlos Peralta və Ceffri Obando.

Qeyd edək ki, "La Mambanegra" Azərbaycandan əvvəl - mayın 17-də Niderlandda, 22-də Polşada, 23-də Portuqaliyada, 25-26 may tarixlərində Türkiyədə konsert proqramları ilə çıxış edib. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018