Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kəsilmiş İlan başı insana hücum etdi
Tarix: 07.06.2018 | Saat: 14:09:00
Bölmə:Maraqlı | çapa göndər

ABŞ-ın Texas ştatında qorxunc hadisə yaşanıb.

Hafta.az yazır ki, həyətin ot-alağını təmizləyən sakin qəflətən 1,2 metr uzunluğunda zınqırovlu ilanla üz-üzə gəlib. Kişi özünü itirmir, əlindəki motorlu otbiçənlə ilanın başını bədənindən ayırır. Sonra da cansız bədəni zibilliyə atır. Bu vaxt kəsilib bir yana düşmüş baş kişiyə hücum edərək ayağını dişləyir. Zəhərin təsirindən kişi huşunu itirərək yıxılır. Amma xoşbəxtlikdən xanımı Cennifer Sutcliffe yanında olur. O, başı dəyənəklə əzərək, ərini kənara dartır və təcili yardıma zəng vurur. Ambulans helikopterlə xəstəxanaya çatdırılan kişiyə 26 dozada zəhər əleyhinə zərdab vurulur. Kişinin həyatını xilas etmək mümkün olsa da, həkimlər zəhərin təsirindən onun böyrəklərində tibbi problemlərin yarandığını deyirlər.

Mütəxəssislər kəsilmiş başın insana hücum etməsi faktına münasibət bildirərkən, bunu təbii sayıblar. Onlara görə, ilanlarda ölümlərindən hətta bir neçə saat sonrayadək də sancma refleksi qalır. Ona görə də ilanı öldürən hər kəs ehtiyyatı əldən verməməlidir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018