Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vitamin D çatışmırsa - Canan Karataydan arıqlamaq istəyənlər üçün açıqlama
Tarix: 07.06.2018 | Saat: 15:48:00
Bölmə:Bizim tərcümə | çapa göndər

Daxili xəstəliklər üzrə mütəxəssis, kardioloq və məşhur professor Canan Karatay arıqlamaq istəyənlər üçün faydalı ola biləcək açıqlama verib.


Hafta.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, C.Karatay orqanizmdə D vitamini çatışmadığı təqdirdə arıqlamağın çətin olduğunu deyib:

“Arıqlamaq üçün yeməklərinizə diqqət yetirirsiniz, ancaq nəticə yoxdursa, demək buna səbəb var. Bədənimizdəki yağı “yandıran” hormonun (leptin) hərəkətə keçdiyi zaman gecə vaxtıdır. Bu hormon yuxuda olduğunuz zaman aktivdir, yəni həmin vaxt “yağ yanma” tam sürətlə davam edir. Sadəcə, lepitinin düzgün və aktiv şəkildə hərəkəti üçün qidalanma müddətinə və saatlarına diqqət etmək lazımdır. Gecə saat 2-6 arası leptinin sərbəst hərəkət etməsi üçün axşam saat 20:00-dan sonra qidalanmanı dayandırmalısınız”.


C.Karatay qidada geniş istifadə olunan şirin dadlandırıcı - aspartam (E-951) maddəsinin zəhərdən fərqlənmədiyini deyir:

“Bu qatqı maddəsi bədənə daxil olduğu zaman spirtə çevrilir. Yəni, bu qlükozadan fərqlənmir. Eynixassəli iki maddə isə xərçəng hüceyrələrini qidalandırır, həmçinin D vitaminin faydasını əngəlləyir. Orqanizmdə D vitamini olmaması isə arıqlamağı çətinləşdirir. Qış mövsümündə D vitamini əlavəsini xaricdən qəbul etmək mümkündür, amma isti aylarda günəşdən istifadə etmək faydalıdır. Bununla yanaşı, tərkibində D vitamini olan ərzaq məhsulları da istehlak ediləmlidir; süd, balıq, yumurta, yağ, yulaf əzməsi. Bədəniniz D vitamini cəhətdən zəifdirsə, hormon balansı pozular və sümüklər gücsüz qalar”.
Professor onu da deyib ki, tez-tez şəkər qəbul etmək, paketlənmiş qidalar sonsuzluğa səbəb olan səbəblərdəndir: “Şəkər, qablaşdırılmış yeməklərin istehlakı xərçəngə və sonsuzluğa səbəb olur. Sağlam fərd və sağlam nəslin davamçısı olmaq istəyirsinizsə, qablaşdırılan məhsullardan uzaq durun”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2018
18.11.2018
17.11.2018