Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sülhsevərlik indeksində Azərbaycan 132-ci pillədədir
Tarix: 07.06.2018 | Saat: 16:28:00
Bölmə:Siyasət | çapa göndər

Son 10 ildə dünyada sülhsevərlik heç vaxt indiki kimi pisləşməyib.

Hafta.az-ın "Amerikanın səsi"nə istinadən yazdığına görə, bunu Qlobal Sülh İndeksi üzə çıxarıb. İqtisadiyyat və Sülh İnstitutu artıq 12-ci ildir bu indeksi hazırlayır. 163 müstəqil dövlət və ərazidə sülhsevərliyin səviyyəsi dəyərləndirilib.

Hesabatda sülhsevərlik trendləri, onun iqtisadi dəyəri, dinc cəmiyyətləri inkişaf etdirməyin yolları təqdim olunur. İndeks dünya əhalisinin 99,7 faizini əhatə edir. İndeksdə sülhsevərliyin durumu əsas 3 amilə əsasən ölçülür – cəmiyyətdə təhlükəsizlik; mövcud daxili və xarici münaqişələr; hərbiləşdirmənin dərəcəsi.

Hsabatda Azərbaycan 163 ölkə içində 132-ci pillədə olmaqla ötənilki yerini qoruyub. Qonşulardan Gürcüstan 102, Ermənistan 120, Rusiya 154, İran isə siyahıda 131-cidir.

Builki indeks ötən il dünyada sülhün durumunun 0,27 faiz pisləşdiyini göstərir. Ümumilikdə 92 ölkədə durum pisləşib, 71 ölkədə yaxşılaşıb. Ən dinc regionlar sayılan Avropa, Şimali Amerika, Asiya-Sakit Okean və Cənubi Amerikada pisləşmə qeydə alınıb. Dünyanın ən sülhsevər ölkəsi İslandiyadır - 2008-ci ildən birinciliyi saxlayır. Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka ilk beşlikdə yer alıb.

Reytinqdə sonuncu yerdə Suriyadır - beş ildir indeksin dibindədir. Əfqanıstan, Cənubi Sudan, İraq və Somali dünyanın ən az sülhsevər ölkələri sırasındadırlar.

İndeksin hazırlanma tarixində ilk dəfə olaraq Qərbi Avropa ölkəsində irimiqyaslı pisləşmə qeydə alınıb. İspaniya 10 pillə geriləyərək 30-cu yerə düşüb. Bu da daxili siyasi gərginlik və terrorçuluğun təsirinin artmasıyla izah olunur. Ümumilikdə isə son 10 ildə dünyada sülhsevərliyin 2,38 faiz azaldığı bildirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018