Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “iftar verəni” - HƏFTƏ REYTİNQ
Tarix: 08.06.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Quba şəhərində fəaliyyət göstərən məscidlərdə deputat Vahid Əhmədovun təşəbbüsü və dəstəyi ilə oruc tutan insanlar üçün iftar süfrələri təşkil edildi. Ümumilikdə dörd - Cümə, Ərdəbil, Səkinəxanım və Ağ məscidlərdə verilən iftar mərasimlərində altı yüzə yaxın insan iştirak etmişdir ki, bu xeyriyyə tədbiri rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanmışdır. İftar mərasimlərində dindarlarla yanaşı imkansız şəxslər, qocalar, veteranlar, şəhid ailələrinin üzvləri, kimsəsizlər iştirak etmişlər.. Məclislərdə şəhidlərimizin ruhuna dualar oxunmuş, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətılə təbriklər səsləndirilmişdir.


Həftənin “əlil təqaüdçüsü”


Sabiq deputat Gülər Əhmədovaya təqaüd təyin edildi. Bu haqda sabiq deputatın vəkili Adəm Məmmədov sosial şəbəkədəki statusunda xəbər verib. A.Məmmədov yazıb ki, hüquqlarını müdafiə etdiyi AR Milli Məclisinin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunmasına nail olub: “Belə ki, 1 Saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən, Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilib.
Bu qərara görə hakim Elçin Məmmədova təşəkkür edirəm!”.


Həftənin “Şöhrətlisi”


Prezident İlham Əliyev İmamverdi İsmayılovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı. İ. İsmayılov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub. Xatırladaq ki, İ. İsmayılov Milli Məclisin deputatıdır. İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2015-ci il noyabrın 7-də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir. Evlidir, 3 övladı var.


Həftənin “Gelandewagen”lisi


Doğum gününü qeyd edən prodüser Tolik özünə yeni avtomobil aldı. Prodüser sosial şəbəkədə ağ “Gelandewagen”ə sahib olduğunu yazıb. Yeni avtomobilinin şəklini paylaşan Tolik “Gərək həyatında sənə dəyər verən insanlar olsun və sənin arzularını reallaşdırmağa kömək olsunlar. Allah hamının ürəyinə görə versin. Xətasız, bəlasız sürüm”, - şərhini yazıb. Qeyd edək ki, Tolik illərdir ki, “Porshe” markalı avtomobil sürür.


Həftənin “sərhəd pozucusu”


Dövlət Sərhədi Xidmətinin (DSX) sərhəd qoşunlarının Zaqa¬tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən iyunun 4-də Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhə¬dinin pozulmasının qarşısı alındı. Sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb. İlkin araşdırma zamanı R. Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib. F. Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib. R. Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib. Saxlanılmış şəxslər barəsində Cina¬yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.


Həftənin “məşhur xəstəsi”


Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirildi. Yayılan məlumatlara görə, o, dizindən əməliyyat oluna bilər. D.Maradona artıq bir neçə aydır ki, sol dizində ağrılar hiss edir. Maradonanın 6-8 gün xəstəxanada qalacağı ehtimal olunur. Qeyd edək ki, D. Maradona Belarusun “Dinamo” (Brest) klubunun idarə heyətinin sədridir.


Həftənin “tankvuran dronu”


Belarus silahlı qüvvələrinin Vitebsk vilayətinin Losvido poliqonunda keçirdiyi hərbi təlimlərdə zərbəçi pilotsuz uçan aparat nümayiş etdirildi. Dron sovet dövrünün tank əleyhinə “RPQ-26” (Aqlen) qumbaraatanı ilə təchiz olunub. Sözü gedən silah düşmənin zirehli texnikası və piyada qüvvələrinin məhv edilməsi üçün nəzərdə tutulub.
“Aqlen” 100 metr məsafədən 440 millimetr qalınlıqda zirehi, bir metr qalınlıqda beton divarı, 1,5 metr qalınlıqda kərpic divarı dağıtmağa qadirdir.


Həftənin “kanalizasiya oğrusu”


Bakıda yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər Rayon Polis İdarəsinə Aeroport-Buzovna istiqamətində yol kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 102 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə şikayət ərizəsi daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cavidan Cabbarov tutulub. Saxlanılan şəxs ifadəsində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Polis Şöbəsində C.Cabbarovun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman narkotik maddə olan 0,254 heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018