Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Cənub Qaz Dəhlizi bu sahədə uğurlara yeni imkanlar yaradacaq" - İlham Əliyev
Tarix: 09.06.2018 | Saat: 10:13:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Azərbaycan prezidenti İlham Əliyevin müraciəti oxunub.

Müraciəti Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.

Dövlət başçısı Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının qısa müddətdə Avropada nüfuzlu təşkilata çevrildiyini bildirib: "Qurumun azadlıq, demokratiya kimi bəyan etdiyi ənənələr Azərbaycan xalqının həyatında mühüm yer tutur. Bu tədbir Avropada bir çox dövlətlərdən öncə qadınlara səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi dövrə təsadüf edir". 

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir: "Cənub Qaz Dəhlizi bu sahədə uğurlara yeni imkanlar yaradacaq. Azərbaycan humanitar əlaqələrin inkişafına dəstək verir, qlobal problemlərin həllində iştirak edir, Təəssüf ki, 30 il əvvəl başlamış Dağlıq Qarabağ münaqişəsi ölkəmizin və regional inkişafın qarşısında ən böyük mane olaraq qalmaqdadır. Ermənistan torpaqlarımızın 20 faizini işğal edib, 1 milyondan çox insanımız məcburi köçkünə çevrilib. Beynəlxalq təşkilatlar münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı qətnamə və qərarlar qəbul etsə də, münaqişənin həlli ilə bağlı real addımlar atılmayıb. Ümid edirəm ki, Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək. İnanıram ki, bu sammit yüksək işgüzarlıq şəraitində keçiriləcək, demokratiyanın inkişafına, sülhün bərpasına xidmət edəcək".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018