Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları ədalətli qərarların qəbul edilməsinə çağırır" - Vitse-spiker
Tarix: 09.06.2018 | Saat: 10:26:00
Bölmə:Siyasət | çapa göndər

"Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar qəbul etməyə çağırır".

Hafta.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammitində çıxışı zamanı deyib.

Z.Əsgərov qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın torpaqları işğal edilib:

"Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatları ədalətli qərarların qəbul edilməsinə çağırır. Lakin hələ də lazımi addımlar atılmayıb".

O deyib ki, alyansın sammiti münaqişələrin beynəlxalq hüquq normaları əsasında nizamlanmasına xidmət edəcək:

"Araşdırmamalar göstərir ki, beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi universal xarakter daşıyır. Deputatlarımız beynəlxalq təşkilatların tədbirlərində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan hər şeyi edir".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018