Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Körfəzin qardaş ölkələri arasında küskünlük təəssüf doğurur” - Azərbaycan səfiri
Tarix: 11.06.2018 | Saat: 12:28:00
Bölmə:Müsahibə | çapa göndər

Əl-Arab, Qətər
11.06.2018

Müəllif: İsmayıl Talay

Azərbaycan Respublikasının Dohadakı səfiri cənab Rəşad İsmayılov Qətərdə ilk dəfə keçirdiyi Ramazan ab-havasına blokadanın təsirini hiss etməyib. Bununla yanaşı, o, qardaş dövlətlər arasındakı küskünlükdən təəssüflənir. Səfir bütünlükdə regionun mənafeyinə zidd olan Körfəz böhranının tezliklə həll olunacağına ümid edir.

Dohadakı Ramazan ab-havasından danışan səfir Qətər cəmiyyətinin geyimlə, yeməklə bağlı adət-ənənələri, o cümlədən ictimai işlərlə, vacib əməllərin yerinə yetirilməsilə bağlı adətləri qorumağa olan marağını yüksək qiymətləndirir. Səfir burada hər kəsin üzünə açıq olan iftar çadırlarının çoxluğunu, xeyriyyə işlərinə, həmrəyliyə meyli də yüksək dəyərləndirir.

- Ramazan ayı münasibətilə Qətər xalqına mesajınız nədir?

- Əvvəlcə qardaş Qətər dövlətində olmağımdan sevinc hissi keçirdiyimi ifadə etmək, Qətər dövlətinin əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Al Saniyə, onun atası əlahəzrət əmir Şeyx Həməd bin Xəlifə Al Saniyə, hökumətə, Qətər xalqına bu mübarək ay münasibətilə ən xoş arzularımı çatdırmaq istəyirəm. “Mübarək olsun” deyirəm. Allah təaladan bu qardaş ölkəyə daim ruzi-bərəkət, əmin-amanlıq, sabitlik və rifah arzulayıram.

- Ramazan ayını necə keçirirsiniz?

- Bu, Dohada ailimlə keçirdiyim ilk Ramazandır. Başqa müsəlmanlar kimi, bu mübarək ayı qarşılamaq üçün ruhi və cismi hazırlıqlara başlamışdım. Allah təaladan dilədim ki, mənə onu qismət etsin, oruc-namazımı yerinə yetirməyimə yardımçı olsun. Ramazan ayını ruh yüksəkliyi, Allah təalanın rızasını qazanmağa susamış qəlblərlə yaşamağa çalışıram. Ailəm Ramazan ayını Azərbaycan adət-ənənələrinin üstünlük təşkil etdiyi bir ortamda keçirir. Hər bir müsəlman ailəsində olduğu kimi, biz də oruc tuturuq və bu mübarək ayla bağlı adətləri yerinə yetirməyə can atırıq. Həyat yoldaşım iftar süfrəsini hazırlamağa diqqətlə yanaşır, çalışır ki, süfrə rəngarəng olsun, oraya Azərbaycanın milli yeməkləri, xüsusilə şorba qoyulsun. Bu ayla bağlı olan qida məhsulları, xüsusilə xurma almağa da diqqət yetiririk.

- Siz Ramazan ayını bundan əvvəl Qətərdə və ya başqa islam ölkəsində keçirmisinizmi?

- Bu mübarək ayı ilk dəfədir Qətərdə keçirirəm. Səmimi deyirəm ki, Qətərdə bu ayla bağlı adət-ənənələrlə yaxından tanış olduğum üçün sevinirəm. Ərəb-islam ölkələrinin bu mübarək ayla bağlı adətləri ruhani baxımdan, demək olar ki, eynidir. Bu fəzilətli ayda Quran oxumaqla, sədəqə verməklə, ictimai-sosial işlərdə yardımlaşmaqla, bir-birinə baş çəkməklə ruhi sakitlik, dinclik və sevinc yaranır. Bu əməlləri hər kəs yerinə yetirir, oruc tutur, namaz qılır, xeyirli işlər görməyə can atır, tolerantlıq güclənir və başqaları ilə ünsiyyət qurulur.

Müşahidə etdim ki, qətərlilər geyimlə, yeməklə bağlı adət-ənənələrini, o cümlədən ictimai işlərlə, vacib əməllərin yerinə yetirilməsilə bağlı adətlərini qorumağa can atır. Həmçinin Ramazan ayı ərzində burada hamının üzünə açıq olan iftar çadırlarının çoxluğu, insanların xeyriyyəçiliyə can atması, həmrəylik ruhu xoşuma gəlir. Qətər xalqı təbiəti etibarilə qonaqpərvər, başqalarına hörmət edən xalqdır.

- Blokadanın Qətərdə Ramazan ab-havasına hər hansı mənfi təsirinin şahidi oldunuzmu?

- Körfəz regionunun üzləşdiyi vəziyyət regionun, ümumiyyətlə islam dünyasının mənafeyinə uyğun deyil. Təəssüf ki, qardaş dövlətlər boykot qərarı verib, Qətərlə diplomatik və iqtisadi əlaqələri kəsib. Ümid edirik ki, Körfəz böhranı yazın zamanda qardaş ölkələr arasında dialoq və qarşılıqlı anlaşma yolu ilə həll olunacaq. Çünki bu böhranın davam etməsi bütün regionun ziyanınadır.

Bununla yanaşı, burada gündəlik həyat öz axarı ilə davam edir. Bütün əmtəələr var, tikinti və təmir işləri sürətlə davam edir.

- Ölkənizdə müsəlmanların sayı nə qədərdir və Ramazan adət-ənənələri nədən ibarətdir?

- Azərbaycan müsəlman ölkəsi, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. 9,8 milyonluq əhalinin 95%-i müsəlmandır. Azərbaycanlılar da başqa müsəlmanlar kimi, Ramazan ayını ehtiramla, itaətkarlıqla qarşılayır. Hesab edirlər ki, oruc ağlın, ruhun və bədənin paklaşması üçün əlverişli fürsətdir. Azərbaycan əhalisi bu ayı tolerantlıq şəraitində, pis işlərdən bacardıqca uzaq olmaqla, təmkinlə, ibadət və davamlı dua etməklə keçirir. Bütün bunlarla müqəddəs ayın hörmətini saxlamağa can atırlar.

Ən mühüm adətlərdən biri azərbaycanlı ailələrin iftardan qabaq xoş ünsiyyət ortamında yığışmasıdır. Gün batdıqda və axşam azanı verildikdə oruc saatlarını xurma və su ilə sona çatdırırlar. Ramazan ayında azərbaycanlıların yemək süfrəsi arxasında əyləşərkən masaya ailə üzvlərinin sayından artıq boşqabın qoyulduğunu görmək olar. Bu, iftar zamanı gələ biləcək qonaq üçün nəzərdə tutulur. Bu bizə irsən gəlib çatmış özünəməxsus adətlərdən biridir.

Bu ayda kasıblara Allahın verdiyi nemətlər təqdim edilir. Digər tərəfdən, hər bir azərbaycanlı ailə qonşu ailələrə də hədiyyə olaraq bir neçə boşqab yemək verməyə can atır ki, qonşuların süfrələri də bir-birinə oxşasın. Kasıblara, qohum-əqrəbada və digər ehtiyacı olanlara ehsan olaraq yeməklər verilir.

Bu ayda xeyriyyəçilik əməlləri də çoxalır. İnsanlar ehtiyacı olanlara maddi yardım edir, ehsan süfrələri açır. Xeyriyyə komitələri uzaq rayonlarda məskunlaşmış qaçqınlara və ehtiyacı olanlara yardım edir. Hər il təşkil edilən iftar süfrələrinə adi Azərbaycan vətəndaşları ilə yanaşı hökumət rəsmiləri dəvət olunur. Məqsəd tərəflər arasında münasibətləri gücləndirmək, Azərbaycan vətəndaşlarının bu mübarək münasibətə marağını artırmaqdır.

Bu, birgəyaşayış və başqalarını qəbul etmə dəyərlərini gücləndirir. Biz vahid düşüncəli və təbiətli bir ailə daxilində yaşayırıq. Azərbaycan dinlər arasında tolerantlıq baxımından dünyada birinci dövlətdir.

Ərəb dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018