Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kim rüşvət alan məmur barədə xəbər versə, 730 dollar alacaq
Tarix: 11.06.2018 | Saat: 11:51:00
Bölmə:Dünya | çapa göndər

Bundan sonra Qazaxıstanda rüşvət, korrupsiya və vəzifəsindən sui-istifadə hallarını bildikdə əlaqədar orqanlara məlumat verən şəxslərə 240 min Təngə (730 dollar) miqdarında mükafat veriləcək. 

Hafta.az Kaztr-ə istinadən yazır ki, bu barədə anonsu Qazaxıstan Dövlət Məmurluğu və Korrupsiya ilə Mübarizə Agentliyinin sədri Alik Şpekbayev yayıb. O, sosial media üzərindən verdiyi məlumatda bildirib ki, korrupsiya və rüşvət məsələlərinə şahid olmuş vətəndaşlar hadisəni təcili olaraq 1424 nömrəli telefonla Agentliyə xəbər verməlidir. Bununla yanaşı, şəxsi emailinə - [email protected] da bu barədə yaza bilərlər. 

Agentlik sədri bildirib ki, məlumat verən şəxsin kimliyi tam gizli saxlanılacaq. Onun sözlərinə görə, vətəndaşlar millətin inkişafına mane olan bu böyük bəladan xilas olmaq üçün dövlətlə birlikdə çalışmalıdır. Bununla yanaşı, məlumat verən insanları həvəsləndirmək üçün dövlət xəbərui verən hər bir şəxs üçün 240 min Təngə mükafat da ayırıb. Məhkəmə təqsirləndirilənin məmurun günahını isbatlayan kimi həmin miqdar məlumatı ötürən vətəndaşa veriləcək. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018