Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Binəqədidə baxımsız qalmış şəhidin adını daşıyan park - REPORTAJ
Tarix: 11.06.2018 | Saat: 20:00:00
Bölmə:Reportaj | çapa göndər

Paytaxtın digər rayonlarından fərqli olaraq, nədənsə, Binəqədi rayonunda şəhidlərin adına salınmış park və istirahət guşələrinə biganə yanaşılır. Belə parklardan biri də M.Ə. Rəsulzadə qəsəbəsinin mərkəzində salınmış şəhid Ramiz Aboyev adına Mədəniyyət və İstirahət Parkıdır.

Sakinlərin şikayətini nəzərə alaraq, “Həftə içi”nin əməkdaşı kimi, yolumuzu həmin ünvandan saldıq. Parkın girəcəyi qanunsuz küçə ticarətinə, bazara çevrilib. Parkı əhatə edən daş hasarlar uçub-tökülür. Məcburi köçkünkər yaşayan ərazidə divarın çöl tərəfi natəmizlik yuvasına çevrilib. Baxımsızlıqdan ağaclar quruyub tələf olur. Sözügedən istirahət parkının ərazisi zəbt edilərək iaşə obyektlərinə çevrilib – “Humay” Şadlıq Sarayı, “Nurçu” restoranı, “Dədə Qorqud”, “Dədə” restoranları, “Tural” kafesi…
Parkın ərazisində avtoyuma sexinə kimi fəaliyyət göstərir. İnzibati binalar köhnə olduğundan və təmir edilmədiyindən, yararsız hala düşüb. Mədəniyyət və Turizm Nazirliyi F. Köçərli adına Respublika Uşaq Kitabxanasının 3 saylı filialı adıçəkilən istirahət guşəsində uçuq bir binada yerləşir. Həmin kitabxanada olduq. Kitabxana darısqal bir otaqda fəaliyyət göstərir. Kitabxananın işçiləri şəraitsiz bir mühitdə işləyirlər. Bir sözlə, kitabxana öz ağır durumunu yaşayır.


Baş kitabxanaçı Adilə Məmmədova şəraitin olmadığını dedi: “Kitabxananın vəziyyəti göz önündədir. Şərait olmadığından, məcbur olub kitabları yeşiklərə yığmışıq”.
Müslüm adlı sakin gileyləndi ki, bu park əvvəllər Kirovun adını daşıyırdı. Onun sözlərinə görə, paytaxtda ən böyük və gözəl istirahət mərkəzlərindən biri olub: “Təmiz və sərin havası vardı. Mən özüm burada yaşıllaşdırma işlərinə baxırdım. İndi parka baxan yoxdur. Ağaclar suvarılmadığından quruyub gedir. Tələf olmuş yaşıllıqları görəndə ürəyim ağrıyır. Ona görə də evdən зярури avadanlıq эятириб, bu ağacları sulayıram. Hətta parkın içində bir neçə çinar ağacı əkmişəm. Ağacların dibinə gələn su xətləri kəsilib. Parkın ərazisini süpürən yoxdur. Əvvəllər bu park Mədəniyyət və Turizm Nazirliyinin balansında idi. İndi isə Binəqədi Rayon İcra Hakimiyyətinin balansındadır. RİH-in də bu parkdan xəbəri yoxdur. Yaxşı olardı ki, istirahət parklarını Bələdiyyəyə verəydilər. Bakının əksər rayonlarında parklar yerli bələdiyyələrə verilib”.

Dövlətxan adlı bir sakin 80-ə yaxın yaşı olduğunu və asudə vaxtlarında gəlib, burada təmiz hava qəbul etdiyini dedi: ”Parkın ərazisi satılıb. 70-ə yaxın irili-xırdalı iaşə obyekti bu istirahət guşəsinin ərazisində tikilib. Hər biri də daş hasara alınaraq, parkı eybəcər hala salıb. Artıq oturmaq və istirahət etmək üçün parkın ərazisində boş sahə qalmayıb. Gecələr burda oturmaq olmur. Çünki iaşə obyektlərində bişən kababların tüstüsü insanı boğur”.
Dövlətxan deyir ki, adıçəkilən parkın ərazisi sahibsiz itlərlə doludur: “Parkın içi ilə hərəkət edə bilmirik. Elə gün olmur ki, burada itdişləmə hadisəsi baş verməsin. Qeyd edim ki, uşaq oyuncaqları, attraksionların hamısı təzə idi. İndi isə işləmir. Çünki attraksionların mühərriklərinə kimi, söküb aparıb satıblar. Bilyard stolları qarlı-yağışlı açıq havada qalıb, çürüyüb gedir. Бu qəsəbə M. Ə. Rəsulzadənin adını daşıyır. Amma onun adını daşıyan qəsəbədə onun xidmətlərinə və adına uyğun bir nişanə yoxdur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.07.2018
19.07.2018
18.07.2018