Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda ilk dəfə animasiya film festivalı keçiriləcək
Tarix: 11.06.2018 | Saat: 23:52:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan animasiya sənətinin inkişafına təkan verməyi, peşəkar mütəxəssislərin hazırlanmasına dəstək olmağı hədəfə alan ANİMAFİLM 19-21 oktyabr 2018-ci il tarixlərində həmvətənlərimizi və qonaqları nağıllar aləminə səyahətə dəvət edir.

Bu barədə Trend-ə festivalın təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib.

Festivalın müşayiətedici proqramına sərgilər, konsertlər, yaradıcılıq gecələri və animasiya kinosu ilə bağlı digər tədbirlər daxil ediləcək. Milli kinomuzun 120 illliyi qeyd edilən bu il Festival tamaşaçılara Azərbaycan animasiyasının inkişaf tarixinə həsr edilmiş “ReAnimasiya” adlı sərgi təqdim edəcək.

Artıq festivalda iştirak etmək üçün 22 ölkədən, özünəməxsus kino ənənələri ilə tanınan Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya, Yaponiya və digərlərindən 84 müraciət daxil olub.

Azərbaycanın görkəmli animasiyası mütəxəssisi Elçin Hami Axundov, Gürcüstan Animasiya Birliyinin sədri Ketevan Canelidze, Çexiyadan olan animasiya mütəxəssisi Miroslava Janičatová münsiflər heyətində üzvlüklərini təsdiq ediblər.

Ssenarilər üzrə müsabiqədə isə münsiflər heyətinə yazıçı Sevinc Əzimova, İrandan olan rejissor Leyla Novruyi daxil edilib, üçüncü münsif isə tam təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq.

R.Ağamalıyev deyib: "Dünyanın ən tanınmış animatorlarından dəstək alaraq, ilk mövzusu “Azərbaycan animasiyası” olan, “Ən yaxşı qısametrajlı animasiya filmi”; “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi”; “Ən yaxşı animasiyalı sosial çarx”; “Ən yaxşı animasiyalı reklam”; “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” kateqoriyaları üzrə müsabiqəyə start verdik.

Azərbaycanın tanınmış sənətçilərinin bir araya gəldiyi ANİMAFİLM ilk addımdan peşəkar yanaşma ilə fərqləndi. Festival iştirakçıları müsabiqədənkənar proqramda Azərbaycan animasiyası tarixindən bəhz edən “Azərbaycan animasiyası” kitabının təqdimatında, tematik nümayişlərdə iştirak edə, retrospektivlərdə ən gözəl sənət nümunələri ilə tanış ola, uşaq proqramında isə müxtəlif sürprizlərlə qarşılaşa biləcəklər.

Peşəkar proqramda müasir animasiyanın gündəmdə olan məsələləri ilə bağlı işgüzar görüşlər, interaktiv mükalimələr, sənətkarla tamaşaçı arasında sənət körpüləri təşkil ediləcək. Arzusunda olduğu animasiya filmini yaratmaq istəyənləri isə tanınmışların “ustad dərsləri” gözləyəcək. Animasiya mövzusunda mühazirə və seminarlar isə müxtəlif auditoriyanın tələb və təklifi əsasında təşkil olunacaq".

Festival haqqında ətraflı məlumatı daim yenilənən https://www.animafilm.az/ səhifəmizdən əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.06.2018
20.06.2018