Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dillər Universitetində imtahan həyəcanı
Tarix: 12.06.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Dünən Azərbaycan Dillər Universitetində (ADU) imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. Hafta.az-ın məlumatına görə, mediaturda 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə KİV nümayəndələri, təhsil ekspertləri, QHT təmsilçiləri iştirak ediblər. Onlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi ilə yaxından tanış olublar.

Universitetin Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verərək bildirib ki, 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb: “Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda, sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını təmin etmək kimi məsələlər də nəzərdə tutulub”.

Ə.Abdullayev vurğulayıb ki, 2017-2018-ci tədris ilinin yaz semestr imtahanında ümumilikdə 6 350 tələbə iştirak edir: “İmtahan sessiyası əyani şöbədə iyunun 1-dən başlayıb, iyulun 7-dək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib”. Ə.Abdullayevin dediyinə görə, imtahanlar yalnız yazılı formada keçirilir. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib. İmtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunur, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilir: “İmtahanların keçiriləcəyi otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. İmtahanlar başa çatdıqdan dərhal sonra yazı işləri nəzarətçilər tərəfindən yığılır və biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzinə təhvil verilir. Sonra yazılar kodlaşdırılır və müəllimlər tərəfindən yazı işlərinin yoxlanılmasına başlanılır. Yazı işləri yoxlanıldıqdan sonra təkraryoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur. Nəticələr iki gün ərzində tələbələrə elan edilir”.

Prorektor qeyd edib ki, ADU-da 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir, eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Prorektor, həmçinin imtahan nəticələrindən narazı olan tələbələrin apelyasiya şikayəti vermək hüquqlarından söz açıb. O, ADU-nun qapılarının daim hər kəs üçün açıq olduğunu deyib: “Bu universitet həmişə açıq olub. Növbəti günlərdə də valideynlər imtahan prosesini izləyəcəklər. ADU-nun Tələbə Gənclər Təşkilatı (TGT) bu prosesdə yaxından iştirak edir”.


Ə.Abdullayev deyib ki, bu gün ADU-da tələbələrə biliklərini nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb: “Universitetdə tələbələrə oxumaq və biliklərini nümayiş etdirmək üçün bütün imkan və şarait yaradılıb. Tələbələr bilməlidirlər ki, onların ancaq oxumaqdan və savadlarını artırmaqdan başqa yolları yoxdur. Düşünürəm ki, tələbə buna inandıqdan sonra zəhmət çəkib, özünə, biliyinə güvənərək uğur qazana bilər. İndi nəinki qırmızı diplom, hətta diplom anlayışı da unudulub. İndi hər yerdə orta bal soruşulur. Orta balı yüksək olan tələbənin demək ki, bilikləri də yüksək olacq. Odur ki, tələbələrin müqəddəratı öz əlindədir. Dillər Universiteti 70 ildir ki, xarici dil müəllimi hazırlığı ilə məşğul olan təhsil müəssisədir. Bizi sevindirən odur ki, tələbələr artıq diplom xatirinə deyil, məhz təhsil almaq üçün oxuyurlar indi”.
Ə.Abdullayev məzunların məşğulluq probleminə də toxunub: “İndi təyinat yoxdur, amma əmək bazarının tələblərini ödəmək problem olaraq qalır. İndi ingilis dilini bitirənlər üçün iş problem olmur, çünki tələbat bunadır. İkinci yerdə tələbat alman və fransız dili üzrədir. Düşünürəm ki, məşğulluq iş bazarındakı vəziyyətə görə tənzimlənir”.
İmtahan prosesini izləyən müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

Tələbələr də ADU obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Prosesin obyektiv və şəffaf keçirilməsinin tələbələrdə ruh yüksəkliyi yaratdığını deyiblər.
ADU-nun filologiya və jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Əntiqə Əliyeva deyir ki, imtahan zamanı tələbələrə il boyu öyrəndiklərini, biliklərini nümayiş etdirmək üçün lazımı şərait yaradılıb. Onlar da bu şəraitdən yararlanaraq çox sərbəst və rahat şəkildə sualları cavablandırırlar. Stress və həyəcan kecirmədən. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. Tələbələri narahat etmir, yersiz müdaxilələrlə fikrini yayındırmırlar. Biliyi, savadı olan yazır və qiymətini də alır. Ona görə də bu gün ADU-nun tələbələri dərsləri böyük həvəslə oxuyur”.
ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 4-cü kurs tələbəsi Vəliyev İmmi isə bildirib ki, tələbə imtahanda göstərdiyi nəticəyə görə qiymətləndirilir: “Tələbələr rahat şəkildə imtahanlarda iştirak edir və sualları cavablandırır. İmtahan nəticələri isə obyektiv qiymətləndirilir. Nə imtahan prosesində nə də biliyin qiymətləndirilməsi zamanı tələbəyə qarşı qərəzli mövqe nümayiş etdirilmir. Tələbələrə yaratdığı bu şəraitə görə, rektor Kamal Abdullaya minnətdarlığımı bildirirəm”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018