Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi
Tarix: 12.06.2018 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin məşğulluq səviyyəsinin, işgüzarlıq fəaliyyətinin artırılması və maddi rifahının yüksəldilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı yerli infrastruktur layihələrin icra olunması məqsədilə Bakı şəhəri Nəsimi rayonunda bir sıra işlər həyata keçirilmiş və hazırda növbəti layihələrin reallaşdırılması davam etdirilir.

Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Abadlıq-quruculuq işləri çərçivəsində geniş abadlıq işləri aparılıb, yüksəkmərtəbəli çoxsaylı binaların fasadları əsaslı təmir olunub və «Abad həyət»lər salınmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır. Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılıb.
15 iyun - Qurtuluş günü ərəfəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən daha bir “Abad həyət” 3-cü mikrorayon Rəşid Məmmədov küçəsində Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilib, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənib. Yaşıllaşdırma işləri aparılıb və həyətə həmişəyaşıl ağaclar əkilib. Sakinlərin asudə vaxtlarının və istirahətlərinin səmərəli keçirilmələri üçün söhbətgah quraşdırılıb. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları,oyun elementləri və idman meydançası quraşdırılıb.

Görüşdə sakinləri qarşıdan gələn müqəddəs Ramazan bayramı və 15 iyun – Milli Qurtuluş günü münasibətilə təbrik edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir. Asif Əsgərov qeyd etdi ki, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında fasadlarında əsaslı təmir işləri və binaların həyətlərində abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.
Sonra yeni istifadəyə verilmiş “Abad həyət”də sakinlərin səyyar qəbulu keçirilib. Görüşdə iştirak edən sakinlərin müraciətləri ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılıb.
Tədbirin sonunda R.Məmmədov 17 və 19 ünvanının sakinləri öz binalarının həyətlərində aparılan abadlıq, yenidənqurma və yaşıllaşdırma işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Azad Əliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018