Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağdam köçkünü çörəkpulunu ala bilmir
Tarix: 12.06.2018 | Saat: 19:00:00
Bölmə:Sosial | çapa göndər

Ağdam rayon məcburi köçkünü, Əlimədədli kənd sakini Yaqub Sarı oğlu Edilov «Həftə içi» qəzetinə şikayət məktubu göndərib. Məcburi köçkün iki ilə yaxındır, çörəkpulunu ala bilməməkdən şikayətçidir. Onun sözlərinə görə, Qarabağın işğal ilə bağlı Ağdam rayonundan qaçqın düşərək doğma torpağını tərk etmək məcburiyyətində qalıb.

Hal-hazırda Biləsuvar rayonunun Arazbarı kəndində məskunlaşıb: «Bu gün həmin kənddə ayaqları xəstəlikdən tutulan həyat yoldaşım Edilova Afilə Yusif qızı, qızlarım Edilova Mahirə Yaqub qızı, Edilova Xatirə Yaqub qızı, Qarabağ Müharibəsi Veteranı olan oğlum Edilov Nadir Yaqub oğlu və oğlumun qızı Edilzadə Elnarə Nadir qızı və oğlum Edilov Vahid Yaqub oğlu ilə birlikdə çölün düzündə fermaya məxsus olan kiçik bir daxalda qalırıq. Dövlətimiz digər köçkün ailələri kimi, bizim ailəyə də yardım etməyə çalışıb və məcburi köçkünlər üçün nəzərdə tutulan “çörəkpulu”nu vəsaiti almışıq. Lakin aldığımız “çörəkpulu” iki ildir kəsilib. Məsələyə aydınlıq gətirmək üçün aidiyyəti qurumlara, xüsusilə də Ağdam Rayon İcra Hakimiyyətinin bu işlərlə məşğul olan müavini Arzu Rəhimovaya və Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə, eləcə də Ağdam rayon şöbəsinə müraciət etmək məcburiyyətində qalmışam. Ağdam RİH başçısının müavini Arzu Rəhimova deyir ki, Əlimədədli kənd Ərazi İnzibati İcra Nümayəndəsi Allahverdi Qəmbərova müraciət edin. Əlimədədli kənd Ərazi İnzibati İcra Nümayəndəsi Allahverdi Qəmbərov isə bizi Arzu Rəhimovaya müraciət etməli olduğumuzu deyir. Məni iki rayon arasında get-gələ salıblar. “Dövlətqaçqınkom”da da bizim problemimizə aydınlıq gətirən olmadı. Adıçəkilən qurumun səlahiyyətli nümayəndələri məsuliyyəti öz üzərindən atblar. Onların bizə deyilən son sözləri bu olub ki, “Bizə belə göstəriş verilib, ona görə də sizin “çörəkpulu” kəsilib”.
Məcburi köçkünün sözlərinə görə, yaşadıqları ev acınacaqlı durumdadır. Rütubətdən evin divarları nəm bağlayaraq qaralıb: «Artıq əmək qabiliyyətini itirmişəm. Mənimlə yaşayan qızlarım isə kənddə iş tapıb işləyə bilmirlər. Ancaq “çörəkpulu” ümidinə qalmışıq, onu da bizə çox görürlər. Göstərilənləri nəzərə alaraq, üzləşdiyimiz problemlərlə bağlı yardım etməyinizi və məcburi köçkünlər üçün nəzərdə tutulmuş “çörəkpulu”nun bərpa edilməsi ilə bağlı köməyinizi xahiş edirik».

Şikayətlə bağlı Ağdam RİH başçısı Əlimədədli kənd İnzibati Ərazi İcra Nümayəndəsi Allahverdi Qənbərova müraciət etdik. Nümayəndə A. Qənbərov “Həftə içi”nə bildirdi ki, həqiqətən də Edilov Yaqub Sarı oğlu xəstədir və onun ailəsi maddi çətinliklər içərisində yaşayır. Onun sözlərinə görə, şikayətçinin çörəkpulu “Dövlətqaçqınkom”un Faiq adlı məsul işçisi tərəfindən kəsilib: ”Səbəbi də bu olub ki, Edilov Yaqub Sarı oğlunun hansısa oğlu biraylıq şəhər qeyiyyatında olub. Sonra da həmin qeydiyyatdan çıxıb. Burada nə mənim, nə də ki, RİH başçısının müavini Arzu Rəhimovanın heç bir günahı yoxdur. Biz də istərdik ki, bu məsələ öz həllini tapsın. Hətta bununla bağlı “Dövlətqaçqınkom”a gedib müracət etmişəm. Demişəm ki, Edilob Yaqubun burada nə günahı var? Əgər həqiqətən də siz deyən kimi, oğlunun şəhər qeydiyyatı varsa, onun çörəkpulunu kəsə bilərsiniz. Yaqub kişinin özü və ailə üzvləri qaçqın kimi qeydiyyatdadır. Təəssüflər olsun ki, adıçəkilən qurumda bizi eşidən olmadı. İndi həqiqətən də Edilov Yaqub Sarı oğlunun heç bir övladı şəhər qeydiyyatında deyil. Onlar məcburi köçkünlərə verilən imtiyazdan bəhrələnə bilərlər. Yaxşı olardı ki, Edilov Yaqub Sarı oğlu şəxsən özü gedib, “Dövlətqaçqınkom”un sədrinə müraciət etsin. Onda bu məsələ tezliklə öz həllini tapacaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018