Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Gözünün müalicəsi üçün narkotik satmaq istədi? - GÜNÜN TƏZADLARI
Tarix: 12.06.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Kəlbəcər rayonundan olan Gəray Yusifov Zərdabda çəkisi 1 kq 345 qram olan qurudulmuş marixuananı 500 manata satarkən tutuldu. Hafta.az ARB TV-yə istinadla xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, Yusifov narkotiki Bərdə rayonundan əldə edib. Özünün dediyinə görə, bitkinin Kür çayının kənarında yabanı şəkildə bitdiyini görüb və yığaraq evdə qurudub. Gözünü müalicə etdirmək üçün pul lazım olduğu üçün narkotiki satmaq qərarına gəlib. Gəray Yusifov, saxlanılan şəxs: “Heç kimə arzulamıram, heç kəs bada qalmasın. Peşmanam, səhvimi etiraf edirəm”. Polisin sayıqlığı nəticəsində tutulan şəxs barəsində Zərdab Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Kralın yeznəsi korrupsiyaya görə həbsə atıldı


İspaniya kralı VI Filippin bacısı İnfanta Kristinanın həyat yoldaşı İnyaki Urdanqarini 5 il 10 ay müddətə həbs cəzasına məhkum edildi. Hafta.az “Dəyərlər”ə istinadla xəbər verir ki, bu barədə İspaniya Ali Məhkəməsi qərar çıxarıb. İ.Urdanqarin israfçılıqda, xidməti vəzifəsindən şəxsi məqsədləri üçün istifadə etməkdə, fırıldaqçılıqda, vergidən yayınmada təqsirkar bilinib.


Rusiyanın səfiri qarət olundu


Rumıniyanın Sibiu şəhərində Rusiyanın bu ölkədəki səfiri Valeri Kuzmin soyuldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə ötən şənbə günü baş verib. Sibiu şəhərinin Böyük meydanında diplomat sinəsinə yüngül toxunuş hiss edib və sonradan anlayıb ki, köynəyinin cibindəki pul qabı yoxa çıxıb. Cibgir Kuzminin pul qabı ilə birlikdə 1250 ley (təxminən 300 dollar), 250 dollar pulunu və diplomatik statusu, eyni zamanda şəxsiyyətin müəyyənləşdirilməsini təmin edən diplomatik kartı da aparıb. Hadisə ilə bağlı cinayət işi başlanıb. Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.


21 yaşlı qız Bakı metrosunda relslərin üzərində şəkil çəkdirdi


21 yaşlı qız metronun relsərinə düşərək şəkil çəkdirdi. Hafta.az-ın big.az-a istinadla verdiyi xəbərə görə, 21 yaşlı Arzu Əhmədovanın “İnstagram”da paylaşdığı fotoların birində onun metronun “Nəriman Nərimanov” stansiyası ərazisində qatarlar hərəkət edən tuneldəki relslərinin üzərinə enərək şəkil çəkdirdiyi görünür. Gənc qızın gecə saat 04 radələrində Bakı metrosunda çəkdirdiyi foto müzakirələrə səbəb olub. Sonradan məlum olub ki, A.Əhmədova film çəkilişləri üçün Bakı metrosuna metropoliten rəhbərliyinin icazəsi ilə daxil olub. Fotolar “Qayınana-2” filminin çəkilişləri zamanı lentə alınıb. Arzu ilə bərabər çəkiliş heyətinin digər nümayəndələri də metroda iştirak edib və relslərin üzərində fotolar çəkdirib.


“İl-76” 40 ton suyu polislərin üzərinə boşaltdı


Moskva vilayətinin Noginsk rayonunda qəribə hadisə baş verdi. Hafta.az-ın yazdığına görə, Virtualaz.org “RenTV”yə istinadla xəbər verir ki, təlim uçuşu zamanı “İl-76” təyyarəsi 40 ton suyu yerə boşaldıb. Xilasedicilər bu uçuşla FHN aviasiyasının nəyə qadir olduğunu nümayiş etdirmək istəyiblər. Lakin su, nəzərdə tutulduğu kimi, meşə ərazisinə deyil, birbaşa yolda növbə çəkən yol polisi əməkdaşlarının üstünə boşaldılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018