Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dövlət Gömrük Komitəsinin sədri İran səfiri ilə görüşüb
Tarix: 12.06.2018 | Saat: 23:21:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, S.Mehdiyev iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açıb, Azərbaycan-İran münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin rəhbərliyi altında iki ölkə arasında uğurlu əməkdaşlıq və səmimi qonşuluq, qarşılıqlı etimad və anlaşmaya söykənən Azərbaycan-İran əlaqələrinin gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Qarşılıqlı münasibətlərin uğurlu inkişafında gömrük xidmətlərinin də mühüm rolu olduğunu diqqətə çatdıran S.Mehdiyev, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.

Azərbaycan iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən S.Mehdiyev, bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

S.Mehdiyev bu ilin mayından etibarən Azərbaycanla İran sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb, iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə və dərinləşəcəyinə əminliyini ifadə edib.

Səfir C.Cahangirzadə ölkəsinin Azərbaycanla münasibətləri genişləndirməkdə daim maraqlı olduğunu deyib, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib.

Səfir qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018