Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Jurnalistin istənilən vaxt gömrük sistemini izləmək imkanı var" - DGK sədri
Tarix: 13.06.2018 | Saat: 10:58:00
Bölmə:Gündəm | çapa göndər

Dövlət Gömrük Komitəsində (DGK) "Azərbaycan Gömrüyü-bu gün və sabahın çağırışları" mövzusunda seminar keçirilib.

Hafta.az-ın məlumatına görə, tədbirdə DGK sədri Səfər Mehdiyev, Mətbuat Surasının sədri Əflatun Amaşov və media numayəndələri iştirak edib.

Tədbirdə çıxış edən S.Mehdiyev seminarın təşkilinin komitə və media arasındakı əlaqələrində yeni mərhələ olacağını vurğulayıb:

"Gömrük sahəsi hər zaman medianın diqqətində olub. Bu təsadüfi deyil, çünki idxal-ixrac əməliyyatları ölkənin iqtisadi sahəsinin əsas hissəsini təşkil edir. Belə mövzular isə daimi işıqlandırılması təbiidir. Gömrük xidmətinin formalaşması 1995-ci ildən başlayıb.


İlham Əliyəvin 15 illik prezidentliyi dövründə islahatların və infrastrukturun yenilənməsi önəmli rol oynayıb. Bu gündən sonra komitənin fəaliyyəti mətbuat nümayəndələri ilə qarşılıqli əlaqədə olacaq. Təklif edirəm ki, media işçilərindən ibarət qruplar yaradılsın və onlar istənilən vaxt komitədə hansısa fəaliyyət sahəsinin fəaliyyətini izləyə bilsinlər. Hətta istənilən məsələ üçün mənə də müraciət edə bilərsiniz. Media-gömrük əməkdaşlığı çərçivəsində press-turlar təşkil olunsun, sərhəd-keçid məntəqələrinin fəaliyyəti araşdırılsın.

Qeyd edim ki, ümumilikdə il ərzində 5 milyon 400 minə qədər vətəndaşa xidmət edirik. Bu prosesin işıqlandırılması bizim fəaliyyətimiz üçün də vacibdir".

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov media-gömrük əlaqələrində yeni mərəhələ yaranacağını deyib:

"İnanıram ki, komitəylə jurnalistlər arasındakı əlaqə bu sahədə ixtisaslaşmaya səbəb olacaq. İxtisaslaşmanın olmaması ümumilikdə medianın problemidir. Gömrük Komitəsi jurnalistlər üçün atdığı bu addımla problemin aradan qaldırmağa yardım etmiş olacaq".

Şura sədri jurnalistlərin işirakı ilə sərhəd gömrük məntəqələrinə səfərlərin təşkilinin artırılmasını təklif edib.

Tədbirdə çıxış edən "APA Holding"in prezidenti Vüsalə Mahirqızı seminarın təşkili üçün təşəkkürünü bildirib. O da qeyd edib ki, gömrük sahəsindən yazan jurnalistlərin ixtusaslaşmasına ehtiyac var:

"Xüsusi qeyd etmək istəyirəm ki, komitəyə yeni sədr təyin edildikdən sonra mediaya açıqlıq əhəmiyyətli dərəcədə artıb. Ən kiçik məsələyə belə mətbuat xidməti reaksiya verir".

"Trend" İnormasiya Agentliyinin direktor müavini Arzu Nağıyev isə idxal-ixrac əmələyyatlarının həyata keçirilməsi baxımindan komitənin fəaliyyətini yüksək qiymətləndirib.

Eyni zamanda ölkə başçısının tapşırıqların yerinə yetirildiyinin şahidi olduğunu vurğulayıb.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018