Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Ərdoğanın TANAP-la bağlı təşəbbüsünü dəstəkləyirəm" - EKSPERT
Tarix: 13.06.2018 | Saat: 11:27:00
Bölmə:Gündəm | çapa göndər

Türkiyənin Əskişəhərində TANAP-ın açılışında iki müəamma diqqətimi çəkdi. Açılışda qonaq qismində İlham Əliyevlə yanaşı Serbiya və Ukrayna prezidentlərinin iştirakı anlaşılan idi.

Bunu hafta.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib. Onun sözlərinə görə, hər iki dövlət gələcəkdə TANAP-la nəql ediləcək Azərbaycan qazını Cənubi Avropa ölkələri üzərindən alacaqlar: "Bəs bu vacib mərasimdə Gürcüstan rəsmilərindən niyə bir kimsə iştirak etmirdi? Bunu anlamadım. Boru xətti Gürcüstandan da keçir. Gürcüstan rəsmiləri bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən bütün boru və nəqliyyat xətlərinin açlışında iştirak ediblər. Əlbəttə, düşünülə bilər ki, Gürcüstan TANAP üzərindən daşınacaq qazdan almayacaq, ancaq bu layihə Gürcüstanın strateji önəmini artırır. Şübhə etmirəm ki, Gürcüstanın prezidenti Mixail Saakaşvili olsaydı mütləq bugünkü mərasimdə iştirak edərdi.

İkinci müəmma da diqqətimi çəkdi. TANAP-ın açılış mərasimində Küzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı da iştirak edirdi. Məsələ burasındadır ki, TANAP Kıbrısdan keçməyəcək, əks halda bunun üçün Aralıq dənizinin dibi ilə boru xətti çəkilməli idi. Bu səbəbdən KKTC TANAP-dan daşınacaq qazı ala bilməyəcək. Buna baxmayaraq, KKTC lideri mərasimdə iştirak edirdi, hətta o mərasimdə çıxış edən ikinci dövlət başçısı oldu.

Fikrimcə, KKTC liderinin mərasimdəki iştirakı və çıxışı Türkiyə Cümhurbaçqanı Rəcəb Təyyub Ərdoğanın təşəbbüsüdür və bu təşəbbüsü dəstəkləyirəm. Çünki, KKTC-də yaşayan insanlar Türkiyə ilə yanaşı Azərbaycan üçün də doğma insanlardır. Təsadüfi deyil ki, Azrəbaycan prezidentindən sonra çıxış edən KKTC lideri Mustafa Akıncı İlham Əliyevın sözlərinə belə bir əlavə də etdi: “Türkiyə ilə yanaşı biz də Sizinlə qardaşıq”. KKTC üçün TANAP layihəsi yunan Kiprinin Aralıq dənizinin zənginliklərinə təkbaşına yiyələnməsinə maneə yaradır. Məsələn KKTC istəyir ki, İsrail kəşf etdiyi zəngin qaz resurslarını dünya bazarlarına yunan Kipri üzərindən deyil TANAP üzərindən dünya bazarlarına daşısın. İsrail bu variant nəzərdən keçirir. Ancaq bunun üçün Türkiyə ilə İsrail arasındakı gərginlik azalmalıdır. İlham Əliyev Türkiyə ilə İsraili barışdırmaq üçün tarixi şans əldə edə bilər. İsrailin öz qazını TANAP üzərindən daşıması bölgədə Azərbaycanla Türkiyənin əhəmiyyətini daha bir az artıracaq. Bu elə İsrailin də xeyrinədir. İsrail hipotetik boru xətləri haqqında düşünməkdənsə və ya Türkiyənin acığına yunan Kirpi ilə danışıqlar aparmaqdansa öz qazını hazır TANAP üzərindən Avropaya çatdıra bilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018