Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bizim birgə günümüz tarix idi, təşəkkürlər, rəhbər Kim!” - Tramp
Tarix: 13.06.2018 | Saat: 11:53:00
Bölmə:Dünya | çapa göndər

Şimali Koreya lideri Kim Jong-un ABŞ prezidenti Donald Trampı ölkəsinə dəvət edib, bu barədə Şimali Koreya dövlət televizisiyası məlumat verib.

Donald Tramp isə Cənubi Koreyadakı hərbi təlimlərini ləğv edəndən sonra Pentaqon müttəfiqlərini "sarsılmaz" təhlükəsizlik öhdəliklərinə inandırıb.

Həftənin ikinci günü hər iki lider Sinqapurda görüşüb və onların arasında saziş imzalanıb. Amma sazişin detalları açıqlanmır.

Şimali Koreya dövət televiziyası məlumat yayıb ki, Kim Donald Trampı uyğun vaxtda Pyongyanga dəvət edib.

Eyni zamanda Donald Trump da Kimi ABŞ-a dəvət edib.

"Hər iki lider bir-birinin təklifini məmuniyyətlə qəbul edib, Şimali Koreya dövlət televiziyası bildirib.

Danışıqlardan sonra ilk şərhində Kim Jong Un deyib ki, "bir-birlərinə qarşı hiddədləndirici və ədavətli hərbi əməliyyatları təcili" dayandlırmaq lazımdır.

O deyib ki, iki ölkə "gərək bir-birinə qarşı durmaqdan çəkinsin" və bunu təmin etmək üçün "qanuni və institusional addımlar atsın", dövlət televiziyası məlumat yayıb.

ABŞ hərbçiləri Cənubi Koreyada yerli qüvvələrə təlim-məşqləri keçirlər. Dünənki görüşdən sonra Donald Tramp elan edib ki, təlim-məşqlər ləğv olunur.

ABŞ-ın Cənubi Koreyada 30 min civarında qoşunu var.

ABŞ prezidenti onu da əlavə edib ki, o, qoşunları evə aparmaq istəyir, ancaq Tramp konkret tarix göstərməyib.

Pentaqondan BBC-yə bildiriblər ki, onların "müttəfiqliyi sarsılmaz olaraq qalır və regionda sülhü və stabilliyi təmin edir".

Görüşlərdən sonra Donald Tramp Twitterdə Kim Jong Una "öz xalqını yeni parlaq gələcəyinə böyük addım atmasına" görə təşəkkür edib. "Amerika prezidenti və Şimali Koreya lideri arasında bizim görünməmiş görüşümüz sübut edir ki, real dəyişikliklər mümkündür".

Tramp yazıb ki, dünya potensial nüvə katastrofundan geriyə böyük bir addım atdı. "Daha raket buraxmaları, nüvə sınaqları, araşdırmaları yox! Girovlar ailələri ilə birgə evlərinə döndü. Bizim birgə günümüz tarix idi, təşəkkürlər, rəhbər Kim!" o yazıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
Ceyhun Bayramov “Ədəbiyyat biliciləri” ilə bağlı əmr imzaladı
Heydər Əliyev prospektində piyada vurulub
"ABC Tədris və İnkişaf mərkəzi" və "Ahıllara və Tənhalara Dəstək"-dən təqdirəlayiq addım
“Azərbaycanda Belarusu qardaş ölkə və dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər” - Prezident
“Saakyanın Fransa və ABŞ-a səfərinə şərait yaradılmasının siyasi rəzalətdən başqa adı yoxdur” – Qabil Hüseynli
Azərbaycan-Belarus sənədləri imzalanıb
Belarus və Azərbaycan arasında mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır - Lukaşenko
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı əməkdaşlıq haqqında Memorandum imzalayıb
Tələbələr pulsuz müayinə olunacaq
Bir ailənin 3 üzvü dəm qazından zəhərləndi