Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
FHN-in Akademiyasının yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib
Tarix: 13.06.2018 | Saat: 12:43:00
Bölmə:Sosial | çapa göndər

FHN Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbir Akademiyanın yaradılmasının 10 illiyi münasibətilə təşkil olunmuşdur. Qeyd edək ki, tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akdemiyasının rəhbərliyi yaxından iştirak edib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov təhsil ocağının yaradılması və faəliyyəti barədə ətraflı məlumat verərək əməkdaşları təbrik edib.

Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-gənclər İnkşaf Mərkəzinin kollektivi geniş musiqi proqramı ilə çıxış etmişlər. BMA-nın Tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva Akademiyanın şəxsi heyətini və kursantları ali təhsil ocağının 10 illiyi münasibətilə təbrik etmişdir. Nəzərə çatdıraq ki, konsert proqramında BMA-nın tələbələrindən ibarət “Detaşe” violinoçular ansamblı (bədii rəhbər: AR Xalq artisti, professor Zəhra Quliyeva) və pianoçu Vüsal Aydəmirov rəngarəng musiqi parçaları səsləndiriblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.08.2018
16.08.2018
15.08.2018