Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycandan Batumi, İstanbul və Ankaraya birbaşa qatarlar işləyəcək
Tarix: 13.06.2018 | Saat: 15:25:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycandan Batumi, İstanbul və Ankaraya qatarların işləməsi ilə bağlı məsləhətləşmələr aparılır. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a-a bildirilib ki, bu barədə “İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka və Italiyanın “MERCITALIA INTERMODAL” şirkətinin nümayəndələri ilə QSC-də keçirilən görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi–Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. O, bildirib ki, gürcüstanlı və türkiyəli həmkarlarımızla məsləhətləşmələr aparırıq ki, gələcəkdə Batumiyə, eləcə də İstanbula və Ankaraya qatarların işləməsini təmin edək. Bu, iqtisadi münasibətlərin möhkəmlənməsi çox əhəmiyyətli olardı.

Görüş iştirakçıları hər iki şirkətin təqdimatlarına baxıblar. Sonra potensial müştərilərə (Avropa-İtaliya-Türkiyə-Azərbaycan-son təyinat məntəqəsi və əks istiqamətdə) təqdim ediləcək qərarlar, qiymət, tranzitin vaxtı və kontraktlar və bazarda birgə irəliləmək üçün atılacaq addımlar müzakirə edilib.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
“İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka bildirib ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün potensial imkanları çoxdur. Sonda anlaşma memorandumu imzalanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.08.2018
16.08.2018
15.08.2018