Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan və Türkiyə TANAP-ı vaxtında və büdcəyə 32% qənaətlə inşa edib - “Wood Mackenzie”:
Tarix: 13.06.2018 | Saat: 15:37:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Wood Mackenzie”nin analitiki Alasdair Morrison Azərbaycan və Türkiyənin Trans-Anadolu qaz kəmərinin (TANAP) tikinti layihəsinin vaxtında reallaşdırılmasını qeyd edir. Xəbər verildiyi kimi, iyunun 12-də Əskişəhərdə (Türkiyə) TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi keçirilib. 

“TANAP layihəsi vaxtında reallaşdırılıb. Layihənin səhmdarları üçün razılaşdırılmış tarixin təminatı hər zaman əsas məsələ olub”, - “Wood Mackenzie” A.Morrisonun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, TANAP-ın tikintisi nəzərdə tutulan məbləğdən daha az qiymətə başa gəlib. “Layihənin büdcəsi $8 mlrd. təşkil edib, bu da ilkin qiymətdən 32% azdır”, - A.Morrison əlavə edib.
O vurğulayıb ki, TANAP-ın 56 düym diametrli şərq hissəsinin istifadəyə verilməsi - Cənub Aqaz Dəhlizinin istifadəyə verilməsinin yalnız başlanğıcıdır. “TANAP-ın istifadəyə verilməsi Türkiyənin qaz-nəqliyyat qovşağına çevrilməsi cəhdinə doğru nəhənq addımdır. “Türk axını” ilə bərabər o, 2023-cü ilə qədər Türkiyədən Avropaya nəql olunan qaz həcmini təxminən illik 26 mlrd. kubmetr artıracaq”, - analitik qeyd edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.08.2018
14.08.2018