Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Kərə yağının baha olması gömrük rüsumu ilə bağlı deyil"
Tarix: 13.06.2018 | Saat: 16:37:00
Bölmə:İqtisadiyyat | çapa göndər

"Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminarda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov gömrük rüsumları ilə bağlı məlumat verib.

Hafta.az-ın məlumatına görə, komitə rəsmisi xaricdən Azərbaycana gətirilən kərə yağlarının ölkə bazarında qiymətinin artırılması məsələsinə də münasibət bildirib. O, deyib ki, kərə yağının qiymət artımı gömrük rüsumları ilə bağlı deyil:

"Biz kərə yağının rüsumunu 15 faizdən 10 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb. Deməli, ölkəmizdə bu cür malların qiyməti gömrük rüsumu ilə əlaqəli deyil".

Ə.Hüseynov qeyd edib ki, bəzi mallara sepesifik rüsumlar tətbiq olunur:

"Buna misal olaraq spirtli içkiləri, tütün məmulatları, avtomobilləri göstərmək olar. Eyni zamanda Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarına da spesifik rüsumlar tətbiq olunur".



Bölməyə aid digər xəbərlər
21.06.2018 Neft ucuzlaşıb

Xəbərə şərh yaz
21.06.2018
20.06.2018