Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dağ Yəhudiləri Dini İcmasının sədri Tərcümə Mərkəzində
Tarix: 13.06.2018 | Saat: 17:10:00
Bölmə:Sosial | çapa göndər

Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev Azərbaycan Tərcümə Mərkəzində olub. Mərkəzdən hafta.az-a bildirilib ki, görüşdə Azərbaycanda sülh və əmin-amanlıq şəraitində birgə yaşayan xalqların səmərəli əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.

Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsud qərb və şərq sivilizasiyaları arasında özünəməxsus körpü rolunu oynayan ölkəmizin tarix boyu dünya mədəniyyətlərini bir-birinə qovuşduran unikal məkan kimi tanındığını, bu amilin mədəniyyətimizdə də mehriban qonşuluq, din azadlığı, millətlərarası və dinlərarası tolerantlıq prinsiplərinin əsasını qoymağa imkan yaratdığını qeyd edib.
Afaq Məsud deyib: “Uzun əsrlərdən bəri Azərbaycan ərazisində müxtəlif xalqların, etnos, konfessiya və dini icmaların nümayəndələri sülh şəraitində yaşayırlar. Onların mədəniyyəti, adət-ənənələri tarix boyu dövlət səviyyəsində qorunur, tarixi abidələr, məscid, kilsə və sinaqoqlar yenidən bərpa edilir. Belə icmalardan biri də Dağ Yəhudiləri Dini İcmasıdır”.
Milix Yevdayev bu gün Azərbaycanda yaşayan bütün xalqların, çoxlu sayda konfessiyaların nümayəndələrinin özlərini yaşadıqları ölkənin layiqli vətəndaşı hesab etdiklərini vurğulayıb.
“Azərbaycan, bu ölkədə yaşayan bütün yəhudilərin doğma vətənidir. Biz həmişə azərbaycanlıların sevincli və kədərli günlərində yanlarında olmuşuq. Xeyir-şərimizdə bir olmuşuq. Dünyada elə bir ölkə tanımırıq ki, bütün xalqları öz ağuşunda qovuşdurub, doğma övladıtək yaşatsın”, – deyə icma rəhbəri söyləyib.
Afaq Məsud, həmçinin mərkəzin, Azərbaycan ədəbiyyatının dünyada, dünya ədəbiyyatının Azərbaycanda təbliği və tanıdılması istiqamətində həyata keçirdiyi beynəlxalq nəşr layihələrindən, tanınmış İsrail yazıçılarının dilimizə çevrilmiş və nəşr edilmiş əsərlərindən danışıb.
Sonda mərkəzin nəşrlərindən olan, yəhudi əsilli dünya şöhrətli yazıçı Şolom Aleyxemin “Seçilmiş əsərləri” və qədim sufilərin fəlsəfi-dini traktatlarının toplandığı “Xilas yolunun yolçuları” kitabları qonağa təqdim edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2018
17.10.2018