Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BƏƏ səfirliyi hərbi əməliyyatlarla bağlı bəyanat yayıb
Tarix: 13.06.2018 | Saat: 17:45:00
Bölmə:Dünya | çapa göndər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyi Yəmənin Hodeyda liman şəhərində baş vermiş hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

BƏƏ-nin ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan bəyanatda deyilir ki, Ərəb koalisiyasının Yəmənə müdaxiləsi, eləcə də Hodeyda ətrafında gedən əməliyyatlar Yəmənin qanuni hökumətinin xahişinə əsaslanır və böhrana dair BMT Təhlükəsizlik Şurasının 2216, 2204, 2201, 2140 saylı qətnamələri daxil olmaqla, BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə uyğundur.

"Hodeydanı azad etmək üçün olan Ərəb koalisiyası əməliyyatları Yəmənin qanuni hökumətinə strateji limanda təhlükəsizlik və sabitliyi bərpa etmək, ölkədə humanitar böhranı yüngülləşdirmək və siyasi prosesdəki vəziyyətdən çıxış əldə etmək məqsədini daşıyır. Husi qıyamçıları Hodeyda limanından Səudiyyə Ərəbistanı şəhərlərini hədəf almaq məqsədilə İran silahlarını və ballistik raketlərini ölkəyə qaçaqmalçılıqla gətirmək üçün yararlanaraq, eləcə də limanın gəlirlərindən özlərinin davam edən amansız kampaniyalarını maliyyələşdirmək üçün sui-istifadə edərək, Hodeyda limanını müharibəni və Yəmən xalqının iztirabını uzatmaq üçün istismar ediblər. Husilərin limanı pis idarə etməsi və humanitar ehtiyatları tutub saxlamaları Yəməndə humanitar vəziyyətə fəlakət təsiri göstərib. Koalisiyanın yardım yükləri tez-tez qiyamçılar tərəfindən müsadirə edilib və qara bazara yönəldilib. Bu, koalisiyanın humanitar böhranı yüngülləşdirmək məqsədi daşıyan öhdəliyini poza bilməyib. 1 ildən çoxdur ki, BMT-nin Hodeyda məsələsinin həlli üzrə danışıqlar aparmaq səyləri davam edərkən, husilər BMT Elçisi Martin Qriffisin limanı BMT rəsmilərinə təslim etmək üçün etdiyi ən son əzmi də daxil olmaqla, BMT Elçisinin limanı vermək təkliflərinə təkrar-təkrar etiraz ediblər. Husilərin siyasi həll yolunu qəbul etməməsi işığında, ərəb koalisiyasının günahsız Yəmənli mülki əhalini qorumaq və yardım yüklərinə təhlükəsiz yol təmin etmək məqsədilə hərbi həll yolu ilə getməkdən başqa seçimi qalmayıb. Ərəb koalisiyası limanın azad edilməsinin ölkəyə ən çox ehtiyac duyulan humanitar yardımın həcminin artmasına təxirəsalınmaz təsir edəcəyini təmin etmək üçün beynəlxalq ictimaiyyətlə iş birliyinə sadiq qalır" deyilən bəyanatda daha sonra bildirilir ki, Ərəb koalisiyası, həmçinin, azad olunmuş ərazilərdə Yəmən xalqının təxirəsalınmaz və uzun müddətli humanitar ehtiyaclarına cavab vermək məqsədilə Hodeyda şəhəri üçün hərtərəfli humanitar plan başlayıb.

Bəyanatın sonunda deyilir: "Ərəb koalisiyası BMT-yə və digər qeyri-hökumət təşkilatlarına planlaşdırdığı fəaliyyəti bildirmiş və onların heyətinin vaxtından əvvəl Hodeydadan təhlükəsiz keçidini təmin edib. Husi qiyamçılarından limanın geri alınması işin nəticəsini siyasi həll yoluna qoymaq və ilişib qalmış BMT danışıqlarında təkanı canlandırmaq məqsədini daşıyır. Limanın səmərəliliyini artırmaq üçün Hodeydanın azad edilməsi Yəmən xalqının ehtiyaclarının yüngülləşməsinə xidmət göstərəcək və böhrana uzunmüddətli həll tapmaq üçün yeni təkanı təmin edəcək".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.09.2018
20.09.2018
19.09.2018