Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Suraxanıda Milli Qurtuluş Günü qeyd edilib
Tarix: 13.06.2018 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Suraxanı rayonunda “15 iyun – Milli Qurtuluş Günü” münasibətilə silsilə tədbirlər keçirilir. Növbəti tədbir “Heydər Əliyev və tarixi qayıdış” mövzusunda konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən təşkil olunub.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər. Sonra da Heydər Əliyev Mərkəzi ilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markaları və kitab sərgiləri ilə tanış oldular. Mərkəzin sifarişi ilə hazırlanmış “Xilaskar” filminə baxdılar.
Dövlət Himni səsləndirildikdən sonra, konfransda çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş, qəhrəmanlıq tarixidir:

Xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu.
Ulu Öndər 1993-cü ildə 15 iyun tarixdə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ulu Öndər xalqı öz ətrafında birləşdirməklə dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi.

Ümummilli Lider Heydər Əliyevin həyat yolu öz xalqına xidmətin nümunəsidir. Ulu Öndərin müdrikliyi, zəhməti, dəmir iradəsi Azərbaycanı möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrdi.
Bu gün biz qürur duyuruq ki, bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada Birləşmiş Millətlər Təşkilatının iqamətgahının qarşısında dalğalanır. Bu müstəqilliyini əbədi etdiyi Azərbaycana, Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətinin ən yüksək nümunəsidir.
Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.Prezidentimiz İlham Əliyev müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandırır. Bu şah əsər bu gün ölkə başçısının rəhbərliyi altında özünün daha möhtəşəm, daha qürurlu inkişaf dövrünü yaşayır.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyinin dönməz və əbədi edilməsində Prezident İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
Heydər Əliyev əzəməti, böyüklüyü, qüdrəti və fədakarlığı daim xalqımız tərəfindən uca tutulmuş və bundan sonra da uca tutulacaqdır.

Konfransda çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli vurğuladı ki, Müasir Azərbaycanda dövlət quruculuğu ilə yanaşı ümumilikdə dövlətçiliyin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz Ümummilli Lider Heydər Əliyevdir. Bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr olunub.
Sonda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun tam orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdlərinə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən açıq dərslərin tədrisində fərqlənən müəllimlər, rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs Rayon İcra Hakimiyyəti başçısının Fəxr Fərmanı ilə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə məktəblilər arasında keçirilmiş inşa yazı və rəqsm müsabiqəsində fərqlənən şagirdlər isə rayon İcra Hakimiyyəti başçısının Təşəkkürnaməsi ilə təltif olundular.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2018
18.06.2018
17.06.2018