Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İcra başçısı “cücə işi”nə görə həbs edildi - GÜNÜN TƏZADLARI
Tarix: 13.06.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Gürcüstanın Marneuli şəhərinin meri, azərbaycanlı Timur Abazov saxlanıldı. Hafta.az yazır ki, Oxu.az bu haqda Gürcüstan mediasına istinadla məlumat yayıb. Abazov bir neçə gün öncə cücələrlə bağlı insident səbəbindən prokurorluğa çağırılıb. Belə ki, Marneuli şəhərində quş fabrikindən zibilliyə atılmış yüzlərlə yumurtadan cücə çıxıb. İnsidentin videosu “Facebook”da yayımlanıb. Bundan əvvəl Abazov bunu “qeyri-adi hadisə” adlandırıb və qeyd edib ki, cücələr zibillikdən şəhərin mərkəzinə kimi gəlib. Bəzi yerli sakinlər cücələri özlərinə götürüb. “Mənə məlumdur ki, quş fabriki işçiləri yumurtaların lax olduğunu hesab edib və atıblar. Ancaq yumurtalardan çoxlu cücə çıxıb. Bir çox yerli sakin cücələri özünə götürüb”, - o deyib.


Ərəbistanda üzərində Allah kəlamı yazılmış futbol topları buraxıldı


Səudiyyə Ərəbistanı Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının başlaması ərəfəsində qalmaqala imza atdı. Hafta.az-ın Axar.az-a istinadla verdiyi xəbərə görə, Səudiyyədə üzərində ölkə bayrağı olan toplar istehsal edilib. Bu addım İslam aləmində rezonans doğurub. Belə ki, Səudiyyə bayrağının üzərində olan Kəlmeyi-Tövhidin ayaqlar altında qalacaq olması dindarların qəzəbinə səbəb olub. Xatırladaq ki, Səudiyyə Ərəbistanı bayrağında “Allahdan başqa ilah yoxdur, Məhəmməd onun rəsuludur” yazılmış Kəlmeyi-Tövhid əks olunub.


Bu ölkədə 202 km-lik insan zənciri yaradıldı


İspaniyanın Bask əyalətində minlərlə sayda insan əl-ələ tutaraq 202 km uzunluğunda canlı zəncir yaratdı. Hafta.az yazır ki, Deyerler.org-un “BBC” agentliyinə istinadla verdiyi xəbərə görə, bununla onlar, daha çox muxtariyyət əldə etmələri üçün çağırış ediblər. Canlı zəncir San-Sebastyan, Bilbao şəhərindən başlayaraq, parlamentin yerləşdiyi Bask əyalətinə qədər uzanıb. Son zamanlar Baskda müstəqillik ideyasının bir qədər zəiflədiyini qeyd edirlər.


Yardımlıda kişinin başına daş düşdü


Yardımlı rayonunda bədbəxt hadisə zamanı yaşlı kişi ağır xəsarət aldı. Hafta.az “Report”a istinadla xəbər verir ki, 1965-ci il təvəllüdlü Abdinov Vətən Abdul oğlu güclü yağış zamanı Yuxarı Astanlı kəndində qayalıq ərazidən keçərkən, başına kiçik daş parçası düşüb. Nəticədə o, ağır kəllə-beyin travması alıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Lakin onun halı pisləşib. Yaxınları yaralını Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə təhvil verib. Həkimlər bildirir ki, artıq onun vəziyyəti sabitdir. Fakt araşdırılır.


Polislər 53 qiymətli xəz kürkü yandırdı


Rusiyanın Tomsk və Kemerovo şəhərlərində 53 xəz kürk yandırıldı. Hafta.az yazır ki, Trend-in məlumatına görə, bu barədə polis tərəfindən mağazalarda aparılan yoxlamadan sonra məhkəmə məmurları qərar çıxarıblar. Məlumata görə, kürklərin yandırılmasının səbəbi onların düzgün markalanmaması və qeyri-qanuni olmasıdır. Bildirilir ki, yandırılan bütün kürklərin ümumi dəyəri 1,3 milyon rubl (20-dən çox ABŞ dolları dəyərində) təşkil edib. Kürklər şəhərin utilizasiya meydançasında yandırılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018