Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “şair sürücüsü” - HƏFTƏ REYTİNQ
Tarix: 14.06.2018 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Kürdəmirdə sürücülərin qayda pozmalarına qarşı reyd zamanı sürücülərdən biri polisə şeir dedi. ARB TV-də yayılmış reportajdan məlum olur ki, reyd zamanı kimi səhvini boynuna alıb. Kimi yol nişanlarını görmədiyini bildirib, kimisi də polisə şeir deyib. “Dayan!” əmri verilən sürücülər arasında avtomobillərində qanunsuz olaraq kustar üsulla hazırlanan pərdələrdən istifadə edənlər də olub. Yol hərəkəti nişanının tələbini pozan yük avtomobilləri də saxlanılıb. Saxlanılan sürücülər arasında yol hərəkəti təhlükəsizliyinin qorunmasına polis əməkdaşlarının işini yüksək keçirilib qiymətləndirənlər də olub: 

Salam polisim!
Gözlərin itidir, ürəyin hüşyar
Səni də evində gözləyir dildar.
Şirin yuxudaykən körpə balalar.
Onlara keşikçi qalan polisdir.

 

Həftənin “heykəlşünası”


“Şəhriyar Azərbaycanın ən böyük şairidir, ən böyük azərbaycanlıdır, bir küçəyə onun adı verilməyib. Şah İsmayıl Xətai o boyda dövlət qurub, heykəlini aparıb, iki yolun ortasına qoyublar” - Komitə sədri Siyavuş Novruzov bu fikirləri Milli Məclisdə yer adlarının dəyişdirilməsi ilə bağlı çıxışı zamanı bildirdi. O deyib ki, Şah İsmayılın abidəsinin indiki məkanda olması yaxşı hal deyil: “Bu, bizə dövlət qurub, o dövlətin 1 milyon kv.km ərazisi olub. Qaçaq Koroğluya aparıb bağın ortasında heykəl qoymuşuq, Şah İsmayılı isə iki yolun ortasına sıxışdırmışıq. Bir nəfər gedib onu ziyarət etmək istəsə, yol qəzası baş verəcək”. Spiker S.Novruzovun fikirlərinə etiraz etdi: “Birincisi, Koroğlu qaçaq Koroğlu deyil. Eposumuza sataşma! İkincisi də görürəm, bu məsələ çox uzandı, səsə qoyaq”.


Həftənin “yubilyar deputatı”


Deputat Yevda Abramovun 70 yaşı tamam oldu. Milli Məclisdə çıxış edən deputat Fazil Mustafa bu münasibətlə həmkarını təbrik edib. Qeyd edək ki, Y.Abramov səhhətindəki problemlərlə əlaqədar parlamentin iclasına qatılmayıb. F.Mustafa deyib ki, ölkə prezidenti İlham Əliyev də Yevda Abramovu “Şöhrət” ordeni ilə təltif edib: “Yevda müəllim Xocalı soyqırımının tanınmasında, Azərbaycan həqiqətlərinin dünyada yayılmasında böyük işlər görüb. Yevda müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, cansağlığı arzulayıram. Allah şəfa versin”.
F.Mustafa Y.Abramovu “ən fədakar azərbaycanlılardan biri” kimi qiymətləndirdi.
Qeyd edək ki, Y.Abramov bir neçə ay əvvəl əməliyyat olunub.


Həftənin “Qədr əfvi”


Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qədr gecəsi münasibətilə 611 məhbusu əfv etdi. Berdiməhəmmədov bu barədə qərarı hökumətin iclası zamanı qəbul edib. O, Qədr gecəsi zamanı amnistiyanın həyata keçirilməsinin Türkmənistanda ənənə olduğunu deyib. Berdiməhəmmədov, həmçinin Türkmənistan vilayətlərinin rəhbərlərinə həbsdən azadlığa buraxılanların işlə təmin edilmələrinə şərait yaradılmasını tapşırıb.
Qeyd edək ki, keçən il Qədr gecəsi zamanı Berdiməhəmmədov 1029, 2016-cı ildə isə 600 məhbusu əfv etmişdi.


Həftənin “peşman bağça tərbiyəçisi”


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində monitorinq zamanı orada uşaq zorakılığına görə tutulmuş Füruzə Tağıyeva ilə görüşdü. “Füruzə Tağıyeva saxlanmadan və ona qarşı rəftardan heç bir şikayət etmədi. Lakin açıq-aşkar hiss olunurdu ki, stressdədir və bu hadisəyə görə saxlanılmasını qəbul edə bilmir”, - komitə sədri Tofiq Hüseynov belə deyib. O, həmçinin F. Tağıyevanın törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini qeyd edib: “Füruzə Tağıyeva bildirdi ki, uşağı döyməyib. Sadəcə, həmin uşaq nadinc olduğundan onu tənbeh edib və danlayıb. O, bu hərəkətindən də çox peşman olduğunu bildirdi. Qeyd etdi ki, özü də iki azyaşlı uşaq anasıdır və bu günə qədər çalışdığı tərbiyə müəssisələrində heç vaxt uşaqlara qarşı zorakılığa yol verməyib”.
Qeyd edək ki, F. Tağıyeva Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.


Həftənin “110 mln. avroluq atı”


Dünyanın ən bahalı atı olan Frankelin qiymətinin 600 ədəd "Ferrari" markalı avtomobilin dəyərində olduğu bilindi. Frankelin dəyəri təxminən 110 milyon avrodur. Bu at dünyanın ən sürətli qaça bilən atlarından sayılır. Atın surəti saatda 63 km-ə çatır. Hətta bu ata 200 mln. dollar təklif edənlər də olub. Frankel 2 yaşında Britaniyadakı 4 yarışda da qalib gələrək çempion olub. Bir il sonra isə həmin at Askotda kraliça II Yelizavetanın qarşısında çıxış edərək birincilik qazanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018