Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müəllimə “Son Zəng” zamanı dünyasını dəyişdi - GÜNÜN TƏZADLARI
Tarix: 14.06.2018 | Saat: 19:45:00
Bölmə:Günün təzadları | çapa göndər

Tovuzda “Son Zəng” tədbirində ölüm hadisəsi baş verdi. Hafta.az yazır ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son Zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib. Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, N. Ələkbərova ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.


Beyin cərrahı kimi tanınan “professor” lisey məzunu çıxdı


Türkiyədə saxta professor həbs olundu. Hafta.az-ın yazdığına görə, “Qaynarinfo” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gülhanə Hərbi Tibb Akademiyasının məzunu olduğunu iddia edən Cüneyt Turan adlı şəxsin, əslində, heç tibb diplomunun olmadığı və lisey məzunu olduğu üzə çıxıb. Uzun illər özünü sinir, beyin və ilik cərrahı kimi tanıdan “professor” 10 mindən çox beyin şişi əməliyyatında iştirak etdiyini irəli sürüb və indiyə qədər heç bir xəstəsinin ölmədiyini deyib. C.Turanın bir çox beynəlxalq televiziya kanallarının sağlamlıq verilişlərinə qatıldığı, universitetlərdə seminarlar keçirdiyi də məlum olub.


Rus qız “TRT spor”un kişi aparıcısını öpüb qaçdı


Futbol üzrə dünya çempionatı üçün Rusiyada proqram hazırlayan “TRT spor” komandasının əməkdaşının başına iş gəldi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, Ferhat Konyarı çempionatda iştirak edən komandalar haqqında canlı yayımda məlumat təqdim edib. Həmin an rus qadın ona yaxınlaşaraq yanağından öpüb. O, təəccüblənsə də, özünü ələ alıb və proqrama davam edib. Sözügedən görüntülər sosial şəbəkədə yüzlərlə adam tərəfindən paylaşılıb.


Məzun “Son Zəng”dən bir gün öncə bıçaqlandı


Qobustanda qanlı hadisə yaşandı. Hafta.az yazır ki, ARB TV-nin verdiyi xəbərə görə, Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin 11-ci sinfində təhsil alan Qobustan sakini Ağaquliyev məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Şəhriyarovla mübahisə edib. Söz savaşının sonunda Rauf Ağaquliyev üstündə saxladığı bıçaqla Şəhriyarova 4 zərbə vuraraq hadisə yerindən qaçıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə polis tərəfindən saxlanılıb.
Polis faktla bağlı araşdırmaları davam etdirir.


Dəfn mərasimi iştirakçıları atəşə tutuldu


Meksikada silahlılar dəfn mərasiminin iştirakçılarını atəşə tutdu. Hafta.az yazır ki, “Report” bu barədə “TASS” istinadla xəbər yayıb. Məlumata görə, hadisə Halisko ştatının paytaxtı, ölkənin qərbindəki Qvadalaxara şəhərində baş verib. Avtomobillərlə dəfn mərasiminin keçirildiyi yerə gələn silahlı şəxslər ətrafdakılara atəş açıb. Nəticədə 2 nəfər ölüb, daha 6 nəfər yaralanıb. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər barədə məlumat verilmir.


Xırdalanda hasar kişinin üstünə aşdı


Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət aldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib. 1982-ci il təvəllüdlü Əliyev İntiqam Amin oğlu fərdi yaşayış evinin yanından keçərkən evin hasarı onun üstünə aşıb. Nəticədə İ.Əliyev müxtəlif nahiyələrindən xəsarətlər alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018