Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çaylarda suyun səviyyəsi necədir?
Tarix: 17.06.2018 | Saat: 10:41:00
Bölmə:Sosial | çapa göndər

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən hafta.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 70-140, Lənkəran-Astara çaylarında 40-120, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 373 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 241 m3/s olmaqla ongünlük normanın 41 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 170 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 124 m3/s təşkil edərək ongünlük normanın 73 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 10, Salyanda 18, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım qeydə alınıb, lakin Surrada isə suyun səviyyəsində 7 sm azalma müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2017-ci il iyunun 11-də 343 sm), Şirvanda 299 sm (2017-ci il iyunun 11-də 207 sm), Salyanda 236 sm (2017-ci il iyunun 11-də 130 sm), Bankədə 211 sm (2017-ci il iyunun 11-də 173 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2017-ci il iyunun 11-də 50 sm) təşkil edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.07.2018
22.07.2018
21.07.2018