Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan və Pakistan: ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivləri
Tarix: 18.06.2018 | Saat: 11:58:00
Bölmə:Siyasət | çapa göndər

Pakistanın özəl aviaşirkəti Bakıya birbaşa aviareys açmağı planlaşdırır və hazırda Azərbaycan tərəfi ilə belə əməkdaşlığın şərtləri barədə danışıqlar aparır. Bu barədə Trend-ə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Səfir bildirib: "Azərbaycan və Pakistan turizm sahəsinin inkişafında böyük potensiala malikdirlər. Son iki il ərzində biz ölkələrimiz arasında turizm dövriyyəsinin 400 faiz artımının şahidi olduq. Biz ümid edirik ki, bu fakt Azərbaycanla Pakistan arasında yaxın zamanda birbaşa reyslərin açılmasına təkan verəcək".

Səfir əlavə edib ki, birbaşa aviareyslərin açılması həm turizm əlaqələrini, həm də iki ölkə arasında ticari-iqtisadi fəallığı və əməkdaşlığı möhkəmləndirəcək.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycana gələn Pakistan vətəndaşlarının sayı 25 min nəfər təşkil edib, və gözlənilir ki, 2019-ci ilin əvvəlinə bu rəqəm tədricən artacaq.

Səfir qeyd edib: "Azərbaycanda Pakistan haqqında məlumatı olan insanların, Pakistanda isə Azərbaycanla tanış olan və bu ölkəyə getmək istəyənlərin sayl artır".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
17.12.2018