Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qida Təhlükəsizliyi Agentliyinin sədri Salyanda vətəndaşlarla görüşüb
Tarix: 18.06.2018 | Saat: 19:01:00
Bölmə:Sosial | çapa göndər

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 18-də Salyanda vətəndaşlarla görüşüb.

Bu barədə hafta.az-a agentlikdən məlumat verilib. Əvvəlcə o, agentliyin Salyan şəhərində fəaliyyət göstərəcək regional mərkəzinin iş şəraiti ilə tanış olub. Həmçinin Salyan Zona Baytarlıq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olan agentliyin sədri aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması üçün həyata keçiriləcək tədbirlərdən danışıb, bununla bağlı olaraq vahid elektron bazanın yaradılmasının vacibliyini vurğulayıb.

Daha sonra Q.Təhməzli Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla görüşüb. Görüşə gələn vətəndaşlar əsasən agentliyin yerli bölmələrində ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Agentliyin sədri tərəfindən qəbul edilən 48 vətəndaşın müraciətləri ilə bağlı aidiyyəti bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Görüşdə dövlətimizin başçısının qida təhlükəsizliyi ilə bağlı son dövrlərdə imzaladığı fərman və sərəncamları vətəndaşların diqqətə çatdıran sədr əsas məqsədin qida təhlükəsizliyinin təmin olunması və istehlakçıların hüquqlarının müdafiəsinə dövlət nəzarətinin həyata keçirilməsi zamanı müasir innovasiyaları tətbiq etməklə təhlükəsiz və şəffaf mühitin inkişaf etdirilməsi olduğunu vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018
17.12.2018
“Müharibə əlilləri, şəhid ailələri həmişə ölkə başçısının diqqət və qayğısını hiss ediblər” - MÖVQE
Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs saxlanılıb
Dekabrın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənistanda insan hüquqları hələ də pozulur, indiki hakimiyyət əvvəlkilərin səhvini təkrarlayır - Erməni hüquq müdafiəçisi
Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
Bu avtomobil yolunda sürət həddi azaldıldı
Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub
Azərbaycanda şagirdlərin sayı 1,5 milyonu ötüb RƏSMİ
İlham Əliyev və birinci xanım Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar
Gömrük Xidmətinin nümayəndə heyəti İsrail-İordaniya sərhədində olub