Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dövlətimizin bu günü üçün 100 il öncə yaşamış insanlara borcluyuq” – Dan İanku
Tarix: 20.06.2018 | Saat: 12:06:00
Bölmə:Sosial | çapa göndər

Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında "Böyük birlik: birinci dünya müharibəsindəki qələbədən böyük Rumıniya hökmdarlarının taclandırılmasına qədər" adlı sərgi təşkil olunub. Tədbiri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlığı ilə Rumıniyanın ölkəmizdəki səfirliyi və Rumıniyanın İstanbuldakı "Dimitrie Kantemir" Mədəniyyət İnstitutu birgə təşkil edib.

Rumıniya və Moldovanın ölkəmizdəki səfirləri Dan İanku və Georgi Leuka, həmçinin bir sıra səfirliklərinin diplomatlarının, millət vəkilləri, mədəniyyət xadimləri, ədəbi mühitin tanınmışları, ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən sərgiyə Buxarestdəki Kotroçeni Muzeyinin baş direktoru Liviu Jikman da qatılmışdı.

Sərginin keçirildiyi salonda üç böyük guşə yaradılıb. Bunlardan biri sırf Rumıniyanın tarixini əks etdirsə də, ikinci guşədə Qarabağ münaqişəsindən bəhs edən Azərbaycan, ingilis və rus dillərində çap olunmuş kitablar sərgilənir. Üçüncü guşə isə Qurtulyuş gününə həsr olunub.

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, Rumıniya səfirliyi ilə əlaqəli şəkildə çalışırlar. “Rumınya üç vilayətin birləşdirilməsindən yaradılıb və bu hadisə uzun zamandır Rumıniyanın Böyük Birliyi kimi qeyd olunur. Bu elə bir vaxta təsadüf edir ki, həmin tarixdə Azərbaycan xalqı da öz Demokratik Cümhuriyyətini yaradıb. Ona görə də bu tarix dost rumın xalqı kimi biz Azərbaycan xalqı üçün də böyük əhəmiyyət daşıyır” deyən K.Tahirov onu da xatırladıb ki, sərginin ərsəyə gəlməsində Rumıniyanın ölkəmizdəki səfirliyi ilə yanaşı, Rumıniya Prezident Admnistrasiyasının nəzdində fəaliyyət göstərən Kotroçeni Muzeyinin də rolu böyükdür və bu gün həmin muzeyin rəhbəri də tədbirdə iştirak edir.

Sərginin açılış mərasimində çıxış edən Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku bildirib ki, 2018-ci il ölkələrimiz ücün xüsusi əhəmiyyət daşıyır. “Çünki bu tarixdə Azərbaycan müstəqilliyini elan edib, Rumıniya torpaqları isə birləşib. Bu tədbir indi Rumıniyada və xarici ölkələrdə qeyd olunmaqdadır. Biim timsalımızda yeni nəsillər o dövrdə Rumıniyanın birləşməsində rol oynayan dahi şəxsləri hörmətlə anır, xatirələrini uca tutur. Çünki xalqımızın və dövlətimizin bu günü üçün 100 il öncə yaşamış insanlara borcluyuq” deyib səfir Dan İanku.

Daha sonra çıxış edən Rumıniyanın Kotroçeni muzeyinin direktoru Liviu Jikman da bildirib ki, tədbirdə iştirak etməkdən çox məmnundur. "Bu il Rumıniya üçün olduqca əhəmiyyətli tarixdir. Çünki ölkəmiz məhz bu tarixdə formalışıb - birləşib. Bizim də sərgini təşkil etməkdə məqsədimiz öz əzəmətli tariximizlə Azərbaycan insanlarını tanış eləməkdir. Gördüyünüz kimi, sərgi əsasən kral ailəsindən bəhs edir. Çünki kral Ferdinand və kraliça Mariya 100 il öncə Rumıniyanın birləşməsində əsas rolu oynayıblar. Sərgilənən şəkillərə fikir verin: onlarda məhz o dövrdə kral ailəsinin və zaamnın aparıcı ziyalılarının Rumıniyanın birləşməsinində gördükləri işlər, o cümlədən, Paris danışıqları, Transilvaniyanın birləşməsinin elan efilməsi və sair kimi hadisələr əks olunub” deyən Liviu Jikman əlavə edib ki, həmçinin, müharibə zamanı ümidsiz insanlarda onlar inam yaradıb. Bu da özünü rumın kralın verdiyi qərarda özünü göstərib. Cənab Jikman onu da qeyd edib ki, Rumıniyanın birləşməsi faktı digər millətlərin də siyasi-ictimai həyatında vacib tol oynayıb və toplaşdığımız bu sərgi həmin dövrdə yaşananları özündə əks etdirən Kotoçeni muzeyi barədə ziyarətçilərdə yaxşı təəssürat yaradacaq.

Tədbirin açılışına qatılan Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycanla Rumıniya tarix boyu dost əlaqələrə malik olublar. “Ölkələrimiz arasında əməkdaşlıq bu gün də sürətlə inkişaf edir və açılışına toplaşdığımız sərgi də bu prosesə töhfədir. Bu cür sərgilər tarixi daha yaxşı bilmələri üçün gənclərimizə əla fürsətdir. Mən təxminən 10 il əvvəl Rumıniya ilə bağlı böyük bir məqalə yazmışdım və o Rumıniyada da çap olunkuşdu. Məlumat üçün deyim ki, inşallah, sentyabrda ölkələrimizin dostluğundan bəhs edən kitabım da işıq üzü görəcək” deyən Qənirə Paşayeva əlavə edib ki, tədbir İslam şərqində qurulan ilk demokratik cümhuriyyətin 100 illik tarixi günündə qeyd olunduğu üçün əhəmiyyəti ikiqat böyükdür. Onun sözlərinə görə, Azərbaycan və rumın xalqları keçməkeşli tarixə sahibdir. Hər iki xalqın keçmişdə yaşadığı ağrı-acılar onları birləşdirən başqa bir bənzərlikdir.

Sərgi 10 gün müddətində Bakı şəhərinin sakinləri və qonaqları üçün açıq olacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.12.2018
18.12.2018