Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
KXDR 200 amerikalı hərbçinin cəsədlərinin qalığını ABŞ-a verib
Tarix: 21.06.2018 | Saat: 13:42:00
Bölmə:Dünya | çapa göndər

KXDR Koreya müharibəsi zamanı həlak olan 200 amerikalı hərbçinin cəsədlərinin qalığını ABŞ-a təhvil verib.

ABŞ Prezidenti Donald Tramp bunu Minnesota ştatının Dulut şəhərində tərəfdarları qarşısında çıxış edərkən bildirib. “Reuters” agentliyinin məlumatına əsasən, həlak olan hərbçilərin şəxsiyyətinin müəyyən edilməsi prosesi aylar və hətta illər uzunu sürə bilər.

1950-1953-cü illərdə baş verən Koreya müharibəsi zamanı 7,7 min amerikalı hərbçi itkin düşmüşdü. Bir qədər əvvəl Pentaqon 200 amerikalı hərbçinin cəsədlərinin qalıqlarının KXDR-də olduğunu bildirmişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In iyunun 12-də Sinqapurda baş tutan sammitdə birgə sənədə imza atıblar. ABŞ-ın təhlükəsizlik zəmanətinin əvəzinə Pxenyan üzərinə Koreya yarımadasının nüvəsizləşdirilməsi öhdəliyi götürüb. Bundan başqa, Tramp yarımadada Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmağı vəd edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2018
16.12.2018
15.12.2018