Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Naxçıvan İslam abidələri və təbii müxtəlifliyi ilə zəngin bölgədir" - Mərakeş səfiri
Tarix: 21.06.2018 | Saat: 13:16:00
Bölmə:Sosial | çapa göndər

Bir qədər öncə Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş öz facebook səhifəsində Naxçıvanla bağlı maraqlı status paylaşıb.

Hafta.az-ın yazdığına görə, səfir qeyd edir ki, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyçinin iştirakı ilə keçirilən "Naxçıvan, İslam mədəniyyətinin paytaxtı 2018" adlı tədbirin açılış mərasimində, bir sıra müsəlman ölkələrindən nazirlər və mədəniyyət elçiləri iştirak edib. Tədbirdən zövq aldığını yazan mərakeşli diplomat yazır ki, Naxçıvan və ya rəsmi adıyla Naxçıvan Muxtar Respublikası Ermənistan, İran və Türkiyə ilə həmsərhəd olan "anklav"dır. Yəni onunla Azərbaycan dövlətinin əsas ərazisi arasında birbaşa bağlılığı yoxdur.

“Naxçıvan Qafqazın bir çox qədim İslam abidələri və təbii müxtəlifliyi ilə zəngin, olduqca rəngarəng bir bölgədir. Əfsanəyə görə, daşqından sonra Nuhun gəmisi məhz Naxçıvan ərazisində yerləşən bir dağda quruya oturub” yazan səfir Məhəmməd Adil Embarş sonda hər kəsi Naxçıvana gəlib, onun təbii və tarixi abidələrini ziyarət etməyə səsləyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2018
16.12.2018
15.12.2018