Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ABŞ-ın “F-35” oyunu və geri çəkilmə qərarı
Tarix: 21.06.2018 | Saat: 17:15:00
Bölmə:Siyasət | çapa göndər

Neçə vaxtdır hamı deyir ki, Rusiyadan “S-400”lər aldığı üçün ABŞ Türkiyəni cəzalandıracaq - “F-35”ləri ona satmayacaq. Əslində belə düşünənləri qınamıram, bir neçə konqresmen və senator təmsil olunduqları qurumlarda həmin təyyarələrin Türkiyəyə satılmasına mane olmağa çağırışlar edib və hətta bir neçə gün öncə bu müstəvidə hökumətə qadağa qoyacaq qərar da qəbul edilib. Söhbət Pentaqonun büdcəsinin təyinini nəzərdə tutan qanundan gedir. Amma gəl ki, bu gün Amerika senatının nə deməsindən asılı olmayaraq iki “F-35”in Türkiyəyə təhvil veriləcəyi bəlli oldu. 

Yayılan xəbərlərə görə, iyunun 21-də “F-35”lərin ABŞ-da istehsalçısı olan “Lockheed Martin” şirkəti iki təyyarəni Ankaraya təhvil verəcək.

Xatırladaq ki, Türkiyə layihənin ortağı olaraq 100 ədəd “F-35” təyyarəsi almağı planlayıb.

Maraqlıdır ki, “Lockheed Martin” şirkəti Türkiyədən dəvət etdiyi jurnalistləri Fort Vorthdakı zavodlarla - tam 3 saat ərzində təyyarənin istehsal olunduğu təsislərlə tanışlıq turunu təşkil edib. Media nümayəndələrinə bildirilib ki, “F-35”lər yalnız ABŞ-ın deyil, 9 ölkənin ortaq layihəsidir. O cümlədən, Türkiyə də bu təyyarənin ərsəyə gəlməsi üçün xeyli ada hissələri istehsal etməkdədir. Şirkətin nümayəndələri hətta türk jurnalistlərə Türkiyədən gətirilən hissələri də göstəriblər.

Qəribədir ki, şirkət senatın qərarına qarşı çıxaraq bütün bu davranışları ilə nə demək istəyib? Cavab aydındır: Tramp iqtidarı bəzən gərəksiz siyasi lovğalıqdansa iqtisadi maraqların müdafiəsinə üstünlük verir. Görünür, “F-35”lərin Türkiyəyə göndərilməsi doğrudan da Birləşmiş Ştatlar üçün lazımlıdır. Sonra da, tehvil vermek o demek deyil ki, təyyarələr bu axşam Türkiyəyə gətiriləcək, əsla. Ən tezi ilyarım sonra – gələn ilin sonu gətirlə bilər. O vaxtadək ABŞ-da qalacaq. Bəhanə də budur ki, bu müddətdə pilotlar öyrədiləcək. Bir halda ki, təyyarənin bu gün təhvil veriləcəyi bəlliydi, olmazdımı pilotların təlimləndirilməsinə daha tez başlayaydılar? Axı bir “F-35”in düzəldilib təhvil verilməsi 3 ilə başa gəlir. Bu da kifayət qədər geniş vaxtdır.

Türkiyə bu təyyarəni ona görə almağa can atır ki, birincisi, təsisçilərdən biridir, ikincisi, onun hissələrinin bir çoxunu istehsal edir, üçüncüsü, NATO-da özündən qat-qat zəiflər artıq çox sayda “F-35”i alıb, dördüncüsü, “F-35”lər zəif görünən (radara düşməyən), sensor texnologiyalı və radar sistemi ilə təchiz olunan beşinci nəsil döyüş təyyarəsidir vu cür təyyarələrdən Türkiyədə bir dənə də yoxdur və nəhayət, bu, Türkiyə üçün qürur məsələsidir.

Bundan əlavə, müəxəssislər hesab edir ki, Türkiyədə istehsal olunan SOM-J və digər bu tip raketlər yüklənəndən sonra “F-35”lər Türkiyə Hərbi Hava Qüvvələrinin gücünü ikiqat artıracaq.

Ümumiyyətlə, “F-35”lərin hansı özəllikləri var? Bu təyyarələr sahib olduğu DAS sistemiylə 360 dərəcə dönə bilir. Xüsusi layihələndirilmiş geometriyası sayəsində düşmən radarları tərəfindən təsbit edilməsi çətinləşir. “F-35”lər sahib olduğu Link-16 və MADL xəbərləşmə sistemləri ilə təsbit etdikləri obyektlər barədə digər “F-35” və silah sistemlərinə ötürə bilir. Sensor texnologiyası EOTS, DAS, radar kimi mənbələrdən aldığı məlumatları birləşdirərək döyüş vəziyyətinin planını hazırlayıb pilota ötürən təyyarə dost və düşməni digər təyyarələrdən daha dəqiq ayırd edə bilir. “F-35"lərin maksimum uçuş mənzili növlərinə görə dəyişir. Məsələn, “F-35A”da 2200, “F-35B”də 1667, “F-35C”də 2593 kilometrdir. Yeni nəsil savaş təyyarəsi 15,67 metr uzunluqda, 4,33 metre hündürlükdə, 10,65 metr qanad açıqlığına, 42,7 kvadratmetr qanad sahəsinə malikdir. Boş ağırlığı “F-35A”da 13170 kq, “F-35B”də 14588 kq və “F-35C”də 14547 kq-dır. Yüklü ağırlığı 22470, ən yüksək qalxma ağırlığı 31800 kiloqram olan təyyarə saatda 1932 kilometr sürətə, 18288 metr yüksəyə qalxma özəlliyinə sahibdir. Ovçu/döyüş təyyarəsi olan “F-35”lər havadan havaya, havadan quruya, eləcə də gəmilərə zərbə endirən raketlər daşıyır.

Yazımızın ilk başında qeyd etdiyimiz kimi, senatın etirazına baxmayaraq Vaşinqton bu təyyarələri Türkiyəyə niyə verdi? Rusiya Hərbi Elmlər Akademiyasının mütəxəssisi Sergey Sudakovun fikrincə, ABŞ senatı təyyarə satışını blok etməklə sadəcə türkiyənin xarici siyasətinə təzyiq göstərmək istəyirdi. “Sputnik”ə müsahibə verən Sergey Sudakov deyib ki, ABŞ Türkiyənin tam müstəqil “U” dönüşü etdiyini gördü və ona görə də vəziyyəti daha da pisləşdirmək istəmədi. “Əvvəla, türkiyə başa düşür ki, NATO hər istədiyi vaxt onun yanında olmaq imkanında deyil. Türkiyənin müstəqil “U” dönüşü isə Rusiyadan “S-400” havadan müdafiə sistemi almaqla özünü göstərdi. 1952-ci ildə üzv olduğu NATO-ya etibarının azaldığı görən Türkiyə yeni hədəflər axtarır. Məsələn, türklər gördü ki, ABŞ-la əməkdaşlıqla müqayisədə “Türk axımı” ölkəyə daha çox gəlir gətirir. Üstəlik ABŞ-ın təhlükəzisliyinə təminat verməsinin əvəzi Türkiyəyə çox baha başa gəlir” deyib S.Sudakov.

ABŞ-ın Türkiyənin mövqeyinə qətiyyən təsir göstərə bilməyəcəyini dilə gətirən Sudakov sözlərini belə davam etdirib: "Hazırda ABŞ bu təchizatın satışına Türkiyədən daha çox bağlıdır. Çünki təyyarə bazarı çox böyükdür. Məsələn, Rusiya təyyarələri bəzi göstəricilərinə görə Amerika təyyarələrindən daha keyfiyyətlidirlər. Hər halda bu böyük bazarda siyasi üstünlük Türkiyənin əlində. Türkiyə NATO-da qalma və ya çıxma, Rusiya və ya Amerika təchizatını alma məsələlərində qarar vermə fürsətinə sahibdir. Türklərin bu məsələlərə proqmatik yaxınlaşdığını düşünürəm. Onlar başa düşürlər ki, NATO-ya üzv olmaqla sadəcə Qərbdən təchiz olma düzgün deyil və mütləq şaxələnmək lazımdır".

Rusiyadakı CİGR Hərbi-Siyasi Media Mərkəzinin mütəxəssisi Boris Rojin deyir ki, Vaşinqton bu təyyarələri Türkiyəyə satmaq istəməməklə həm ona siyasi təzyiqlər etmək istəyir, həm də qorxur ki, Rusiya türklərin vasitəsilə “F-35”lərlə bağlı məlumatları əldə edə bilər.

Yeri gəlmişkən, ABŞ Hərbi Hava Qüvvələrinin baş katibi Vilson da bu barədə narahatlığını ifadə eləmişdi.

"ABŞ NATO üzvü olan Türkiyənin Rusiya kimi ölkələrdən silah ala biləcəyini bilib, narahat olur. Vaşinqton çalışır Türkiyəni inandırsın ki, dünyanın ən keyfiyyətli yüksək texnologiyaya söykənən silah istehsalçısı məhz Birləşmiş Ştatlardır. İndi Türkiyə Rusiyadan “S-400”lər alır. Amerikalılar isə narahatdır ki, “F-35”ləri versələr, Rusiya hansısa vasitələrlə Qərb hərbi texnologiyasının sirlərini aça bilərlər” deyən Rojin əlavə edib ki, hazırda bir sıra türk ekspertlər də Amerika və Avropa silahlarının alınmasına tərəfdardır. Bu da türkiyənin özünün istehsal ərəfəsində olduğu milli Altay tanklarına da mənfi təsir edir.

Professor Beril Dədəoğlunun fikrincə isə Senatın “F-35”lərin Türkiyəyə satılmasını yasaqlayan qərarı, hələlik layihədir və o sadəcə prezident Tramp tərəfindən imzalandığı təqdirdə qüvvəyə minəcək. Bu zaman isə paralel şəkildə bu məsələyə dəxli olan bütün sazişlər pozulacaq. Professor deyir ki, Vaşinqton bu təyyarələri satmadıqları təqdirdə başqa silah bazarlarına yönələcəyimizi əla bilir və ona görə də düşünmədən qərar verməzlər. “Onlar bu gün Rusiya və Çinin daha aşağı qiymətlərə alıcı axtardığını da bilirlər” deyən alimə görə, bu da ABŞ-ın strateji məqsədlərinə uyğun deyil.

Hərbu Hava Qüvvələri üzrə araşdırmaçı Hakan Kılıç da deyir ki, Tramp senatın qərarını imzaladığı təqdirdə Türkiyə Rusiya olmasa da, mütləq Avropa bazarına yönələcək. “Bu gün Türkiyənin qarşısında alternativlər var. Məsələn, “Eurofighter 2000”lər “F-35”lər qədər güclü silahdır. Düzdür, radarlara görünürlər, amma “F-16”lardan çox yaxşıdırlar və hətta bir çox məqamda “F-35”ləri də yenə bilərlər” deyir H.Kılıç.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018